“Ermənistanda hay-küylü siyasi xəbərlərin sayı artacaq”
Tarix: 07.08.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsininin ən acı nəticəsi minlərlə soydaşımızın əsir və girov götürülməsidir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı avqustun 1-ə olan statistik məlumatları açıqlayıb. Komissiyadan verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfər təşkil edir. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır. İtkin düşmüş şəxslərin 3168 nəfəri hərbçilər, 707 nəfəri isə mülki şəxslərdir (uşaq - 67 nəfər, qadın - 265 nəfər, qoca- 324 nəfər).
Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərın sayı 871 nəfərdir. Bunlardan kişilər 773 nəfər, qadınlar isə 98 nəfər təşki edir. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini isə mülki şəxslər təşkil edir (uşaq - 29 nəfər, qadın - 98 nəfər, qoca - 112 nəfər).
Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1476 nəfərdir. Onlardan 1113 nəfəri kişilər, 363 nəfəri qadınlardır. Əsir və girovluqdan azad edilmiş şəxslərin 362 nəfəri hərbçilər, 1114 nəfəri isə mülki şəxslərdir (uşaq - 223 nəfər, qadın - 363 nəfər, qoca - 224 nəfər).
Bütün statistika Ermənistanın işğalçılıq siyasətinin bariz nümunəsidir. Məhz belə siyasət yürütməsi də Ermənistan hakimiyyətinin daxilində ziddiyyətlər yaradıb. Yeri gəlmişkən, “Newtimes.az” saytı bu mövzuda araşdırma aparıb. Araşdırmada Ermənistanın bir müddətdir ki, narahat siyasi həyat yaşadığı qeyd olunur: “Orada küçə etirazları üzərində hakimiyyətə gələn qüvvə qaranlıq məqamlarla dolu addımlar atır. Bu da Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya kimi dövlətin rəhbərliyini düşündürür. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda yeni hakimiyyətin atdığı addımlarla bağlı fikir bildirməklə Kremlin mövqeyini konkret ifadə etmiş oldu. Məlum olur ki, Nikol Paşinyan Rusiya rəhbərliyinə verdiyi vədlərə əməl etmək fikrində deyil. Bütün bunların fonunda rəsmi İrəvanın S.Lavrovun sözlərinə sərt reaksiya verməsi və N.Paşinyanın insanları yenidən mitinqə çağırması müəyyən şübhələr yaradır. Belə təəssürat oyanır ki, Ermənistanın yeni hakimiyyəti ikili oyun aparır və onun başlıca mahiyyəti Rusiyaya arxadan zərbə endirməkdən ibarətdir. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac duyuruq”.
“Ermənistanda müstəqil dövlət quruculuğu iflasa uğrayıb”
Yazıda bildirilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın yeni hakimiyyəti ilə bağlı jurnalistə dediyi sözlər erməni siyasi və ekspert dairələrində geniş əks-səda doğurub: “Onlar qəfil ayılıb görürlər ki, tam olaraq Moskvadan asılıdırlar və Rusiya rəhbərliyi bu barədə açıq fikir bildirə bilər. Dəfələrlə bu, belə olub. Məsələn, müxtəlif səviyyələrdə ermənilərə anladıblar ki, Dağlıq Qarabağı özbaşına işğal etməyiblər. Onlara ciddi hərbi, maliyyə, ideoloji, təbliğat və diplomatik dəstək olub. Onların sırasında Rusiya da vardır.
Bəs İrəvan məhz indi Moskvadan səslənən və ermənilər üçün normal sayılan peşəkar diplomatın fikirlərinə hansı səbəblərdən dözülməz münasibət bildirir? Ermənistanın siyasətində hansısa ciddi dəyişikliklərmi baş verir? Yoxsa, bu, ermənilərin növbəti şıltaqlığıdırmı? Ekspertlər bu kimi suallara cavab axtarırlar. Burada mövqelər fərqlənir. Bir sıra ekspertlər hesab edir ki, həqiqi mənada İrəvanın daxili və xarici siyasətində dəyişikliklər baş verir. Onların başlıca məqsədi imkan daxilində müstəqil siyasət yeritmək, daha çox isə daxildə müstəqil addımlar atmaq hüququ əldə etməkdir. Nikol Paşinyanın özü də bu barədə danışır. O vurğulayır ki, xarici siyasət kursunda ciddi dəyişiklik yoxdur, Rusiya əvvəlki kimi əsas strateji müttəfiqdir. Ermənistanın təhlükəsizliyi məsələsində də Kremllə eyni mövqedə qalacaqlar. Lakin bu, İrəvanın dövlət quruculuğunda müstəqil addımlar atmasına mane olmamalıdır”.
Yazıda qeyd olunur ki, erməni cəmiyyəti ölkənin taleyində ciddi rol oynayan həmin hadisənin əsl səbəblərini və təşkilatçıların kimliyini bilmir: “Belə olduğu halda niyə illərdir erməni xalqına demokratiyadan, millətçilikdən, təhlükəsizliyin təminindən, müstəqillikdən və güclü ordu quruculuğunun aparıldığından bəhs ediblər? Belə çıxır ki, keçən əsrin 90-cı illərindən Ermənistan real dövlətçilik müstəvisində olmayıb, qaranlıq planlar meydanı olub. Konkret desək, Ermənistanda müstəqil dövlət quruculuğu iflasa uğrayıb.
Birinci məsələnin başqa əhəmiyyətli məqamı bir sıra erməni KİV orqanlarının 1999-cu il parlament terrorunun arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığına işarə etməsidir. Bu, ciddi ittihamdır və həqiqət, yaxud yalan olduğunu biz deyə bilmərik. Lakin əgər erməni KİV-lərində belə informasiyalar verilirsə, onda Moskva ittiham edilir. Təbii ki, Rusiya bu ittihamlara cavab verməlidir. Sergey Lavrovun Ermənistanın yeni rəhbərliyi haqqında dediklərinə də hər şeydən öncə məhz həmin aspektdə nəzər salmaq lazımdır. Rusiya XİN rəhbəri demişdi ki, Ermənistanın yeni hakimiyyəti bu ilin mayında verdiyi sözə əməl etmir”.
“...Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda durğunluq yarana bilər”
Məqalədə vurğulanır ki, Rusiya özünün yaratdığı Ermənistanı ovucunun içi kimi tanıyır: “Bu səbəbdən N.Paşinyanın sudan quru çıxma ehtimalı minimumdur. Onu cəzalandıra bilərlər. Bu ehtimalı gücləndirən məqamlardan biri N.Paşinyanın Ermənistanda konstitusiyanı yenidən dəyişib, prezident üsul-idarəsini qaytarmaq niyyətidir. “Regnum” agentliyi bu barədə açıq yazıb. “Lavrov Paşinyana xəbərdarlıq etməyi qərara alıb” başlıqlı məqalədə vurğulanır: “Ancaq biz illüziyalar qurmuruq: Ermənistanda hay-küylü siyasi xəbərlərin sayı artacaq. Başlıca xəbər yeni seçkilər olacaq ki, seçki Paşinyanın legitimliyinin yalnız “küçə” ilə məhdudlaşmadığını sübut etməlidir. Daha vacib xəbər isə Ermənistana prezident üsul-idarəsini qaytaracaq yeni konstitusiyanın qəbul ilə bağlı olacaq. Ermənistanın yeni tam hakimiyyətli prezidenti olmağı isə Paşinyan istəyəcək. Bu nəticələrə küçə legitimliyindən “silkələnib çıxmadan” nail olmaq... mümkün deyildir (bax: Лавров решил предупредить Пашиняна / Regnum.ru, 1 avqust 2018).
Deməli, Moskva yerində və zamanında xəbərdarlıq edir. Hiss olunur ki, Ermənistanda hadisələr anormal istiqamətdə cərəyan edir. Bu, təbii ki, Moskvanın yanaşmasıdır. Açıq bildirilir ki, N.Paşinyanın əsas məqsədi hakimiyyətə təkbaşına yiyələnməkdir. Bütün oyunları da bunun üçün qurub. Özündən əvvəlki hakimiyyət rəhbərlərini istintaqa çəkməklə əks düşərgənin siyasi iradəsini qırmağa çalışır və onu ictimaiyyətin gözündən salır”.
Yazıda bildirilir ki, bu kimi manevrlərdə digər məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyanı qeyri-müəyyənlikdə saxlamaqdan ibarət ola bilər: “Belə ki, vaxtı uzatmaqla, ümumiyyətlə, danışıqlar prosesinin nəticəsiz qalmasına şərait yaradılır. Əgər Ermənistanda hər 5 ildən bir hakimiyyət bu üsulla dəyişsə və hər yeni gələn qüvvə müxtəlif bəhanələrlə vaxt istəsə, onda münaqişə sonsuza qədər həll olunmaz. Həm də ona görə ki, Ermənistanda kiminlə danışmaq lazım gəldiyini müəyyənləşdirmək çətin olar – hər yeni hakimiyyət əvvəlkindən daha etibarsız ola bilər.
Belə çıxır ki, Ermənistan yaxın illərdə silkələnmələrə məruz qala bilər. Bunun fonunda həm Cənubi Qafqazda geosiyasi mənzərədə risklər artar, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda durğunluq yarana bilər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info