Rusiyalı ekspert: “Moskva Qarabağla bağlı mövqeyini kəskin dəyişə bilər”
Tarix: 07.08.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Yevgeni Mixaylov:
“İrəvan rejimi ilk növbədə Qərbdəki sponsorların Moskva ilə münasibətləri pozmaq sifarişini yerinə yetirir. Fikrimcə, bunun sonu kədərli olacaq. Hesab edirəm ki, Rusiya bir çox istiqamətdə, ilk növbədə də silah tədarükü sahəsində strateji tərəfdaşlıq planlarını təkrar nəzərdən keçirəcək”


“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan hökumətinə ünvanlanmış sərt bəyanatını Moskvanın İrəvana son xəbərdarlığı kimi dəyərləndirmək olar”. Bunu “Trend”ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.


Ekspertin sözlərinə görə, Nikol Paşinyanın razılaşmaları icra etmədiyi, siyasi rəqibləri təqib etməmək vədlərini yerinə yetirmədiyi aydın olub: “Korrupsiya ilə mübarizə adı altında İrəvan rejimi ilk növbədə Qərbdəki sponsorların Moskva ilə münasibətləri pozmaq sifarişini yerinə yetirir. Fikrimcə, bunun sonu kədərli olacaq. Hesab edirəm ki, Rusiya bir çox istiqamətdə, ilk növbədə də silah tədarükü sahəsində strateji tərəfdaşlıq planlarını təkrar nəzərdən keçirəcək və ola bilər ki, Qarabağ məsələsi ilə bağlı mövqeyini kəskin dəyişəcək. İrəvan öz hərəkətlərinə görə cavab verə bilməyən müttəfiq kimi öz həqiqi üzünü göstərir”. Y.Mixaylov əlavə edib ki, S.Lavrovun bəyanatının ardınca Ermənistanı müttəfiqlik razılaşmalarının icra olunmasına məcbur edəcək daha sərt addımlar atılacaq. Xatırladaq ki, S.Lavrov Ermənistanda baş verən hadisələrin yeni hökumətin daha əvvəl verdiyi bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirmişdi. Ermənistanın yeni rəhbərliyinin siyasətini tənqid edən Lavrov demişdi: “Orada baş verənlər, o cümlədən MDB məkanında Ermənistanın iştirak etdiyi təşkilatların normal fəaliyyəti məsələləri nöqteyi-nəzərindən gedən proseslər bizi narahat etməyə bilməz. Son günlər Rusiya tərəfi bir neçə dəfə öz narahatlığını Ermənistan rəhbərliyinə çatdırıb”. Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, bu ilin mayında Ermənistanda baş verən siyasi böhran zamanı Moskvada məmnunluqla qeyd edirdilər ki, bütün siyasi partiyaların iştirakı ilə kompromis əldə olunub və ölkənin yeni rəhbərliyi milli həmrəyliyi möhkəmləndirməkdə davam edəcək. “Lakin son günlər baş verən hadisələr bu müsbət proqnozları açıq-aşkar yox edir və Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərə görə təqib etməyəcəyi barədə bu yaxınlarda verdiyi bəyanatlara tamamilə ziddir” - deyə Lavrov qeyd etmişdi. Ekspertlər bu hadisələr fonunda Ermənistanın gələcəyi ilə bədbin proqnozlar səsləndirilər.

“Ermənistanda yeni bir proses yaşanır"

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, ümumiyyətlə bu gün Ermənistanda yeni bir proses yaşanır: “Erməni elitasının bir hissəsi 20 il ərzində ona fəsadlar yaşatmış xunta üzvlərini məhkəməyə cəlb edir”. SİA-ya açıqlama verən millət vəkilinin sözlərinə görə, həm Robert Köçaryan, həm də Serj Sarkisyan Azərbaycan xalqı ilə yanaşı, erməni xalqına da böyük ağırlar yaşadıb: “Ermənistan inkişafdan qalıb, dövlət səviyyəsində cinayətlər törədilib, hakimiyyət zorla qəsb edilib, ölkədə hərbi polis rejimi fəaliyyət göstərib və s. Yəni bu baxımdan Ermənistan bu gün o 20 illik fəaliyyətinə qiymət verir. Əlbəttə ki, bu qiyməti ədalət gözü ilə obyektiv adlandırmaq olar. Ancaq bu cinayətlərdən nəticə çıxarıb indiki elitanın o cinayətləri edib-etməyəcəyi sual altındadır. Hələ ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərindəki apardığı siyasət Köçaryanın və Sarkisyanın siyasətindən qətiyyən fərqlənmir. Eyni ritorika, çağırışlar nəticəDüzdür, Paşinyan hələ Qarabağ məsələsi ilə bağlı Azərbaycanla əlaqədə olmayıb və dövlət rəhbərlərinin görüşü keçirilməyib. Bu baxımdan onun hansı addımlar atacağı bilinmir. Ancaq gündəlik olaraq cəbhə xəttində təxribatların edilməsi, Paşinyanın oğlunu işğal edilən Azərbaycan torpaqlarına hərbi qulluğa göndərməsinin özü hələ ki, Paşinyanın Qarabağ siyasətini dəyişəcəyinə çox az ümid verir. Bununla belə, əgər yeni hakimiyyət ölkə içində olduğu kimi, qonşu ölkələrlə münasibətdə də dəyişiklik etməsə onda Köçaryan və Sarkisyanın başına gələn tale onun da başına gələcək. Çünki heç bir halda başqa xalq üçün cinayətlər törədən insan öz xalqını xoşbəxt edə bilməz”.

Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsi artır
Onu da qeyd edək ki, dünyada ən güclü ordulardan birinə sahib olan Azərbaycan ordusunun istər döyüş hazırlığı, istərsə də sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin də (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov HHQ-nin cəbhəboyu zonada yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak edib, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub. Müdafiə Nazirliyinin rəhbərliyi, həmçinin ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət-buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib. Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri döyüş hazırlığının səviyyəsinin daha da artırılması ilə bağlı komandanlığa konkret tapşırıqlar verib.
Avqustun 12-də isə Silahlı Qüvvələrin bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkəcəklər. “Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq. Görüşlərdə valideynləri maraqlandıran məsələlər müzakirə olunacaq. Həmçinin hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçiriləcək.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info