ABŞ-ın Türkiyə və İran siyasəti
Tarix: 07.08.2018 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Ağ Ev İrana qarşı iki mərhələli embarqoya başladı: İranda etirazlar artır, İran Mərkəzi Bankının rəsmisi həbs olunub


İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq



ABŞ İrana qarşı sanksiya siyasətini kəskinləşdirməkdə davam edir. Tramp administrasiyası addım-addım İranı küncə sıxmaq siyasətini həyata keçirir. ABŞ dövlət başçısı Donald Tramp bütün diqqətini Yaxın Şərqə, İrana vermək üçün Şimali Koreya lideri ilə anlaşma əldə etdi. Daha sonra Tramp Rusiya dövlət başçısı Putinlə təkbətək görüş keçirərək ən böyük rəqiblərindən biri ilə də ümumi razılıq əldə etdi. Əfqanıstanda gedən proseslər də göstərir ki, ABŞ diqqətini İrandan başqa yerə vermək istəmir. Əfqanıstanda böyük şəhərlərdən kənarda qalan ərazilərin taliblərə güzəştə gedilməsi ilə bağlı qərar da bunu təsdiqləyir. Əfqanıstan hökuməti böyük şəhərlərə nəzarət edəcək, qalan ərazilər isə taliblərin ixtiyarında qalır. Göründüyü kimi ABŞ qlobal səviyyədə gücünü toplayaraq “ağır artilleriya” ilə İrana üstünə getməkdədir. Bölgədə onun siyasətinə qarşı çıxış edən İran və Türkiyə ilə münasibətlərin pisləşməsi də bunu təsdiqləyir. Ağ Evə sözə baxan Türkiyə lazımdır. Amma Ərdoğanın siyasəti onları qane etmir. NATO üzvü olan iki ölkənin bir-birinə sanksiya tətbiq etməsi ciddi mətləblərdən xəbər verir. Türkiyənin Avrasiya məkanına meyl etməsi Vaşinqtonu narazı salıb. Vaşinqton İran məsələsində Türkiyənin qeyd-şərtsiz onun yanında yer almasını istəyir. Yaxın Şərqdə həyata keçirdiyi siyasətdə Türkiyənin maraqlarını nəzərə almayan Vaşinqtonun bu istəyi Ankara tərəfindən qəbul edilmir. Görünən odur ki, ABŞ-Türkiyə münasibətləri daha pisləşəcək. Baxmayaraq ki, sanksiya qərarından sonra iki ölkənin xarici işlər nazirləri Sinqapurda bir araya gəliblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu partiyasının Alanya toplantısında çıxış edərək ABŞ-la münasibətlərə toxunub. Daha əvvəl də əlaqələrin gərginləşdiyini və tam qopma nöqtəsinə gəldiyi zamanların olduğunu söyləyən nazir deyib ki, əsas problem Amerikanın “FETÖ”-yə sahib çıxması, eyni zamanda YPG / PKK-ya silah verməsidir: “Əgər sanksiyalar tətbiq etsəniz, sanksiyalarla üzləşərsiniz. Hədələyici dillə nə əldə edəcəksiniz? Türk milləti hədəyə boyun əyərmi?”. Avropa ölkələri ilə əlaqələri sağlam məcrada yürütməyə çalışdıqlarını bildirən Çavuşoğlu deyib ki, heç kim Türkiyədən birtərəfli, birölçülü xarici siyasət gözləməsin. Çavuşoğlu Türkiyənin əməkdaşlığa hazır olduğunu deyib: “Hər növ diplomatik müzakirəyə açığıq. Amma bir şərtlə: bərabərhüquqlu tərəf-müqabil kimi”. Türkiyənin xarici siyasət prioritetlərində müəyyən dəyişikliyə getməsi istisna edilmir. Birləşmiş Ştatlar isə Türkiyəni müəyyən sanksiyalarla yolu ilə yanına çəkməyə çalışmaqla yanaşı İrana qarış sərt siyasətini ağırlaşdırmaqdadır. Dünən ABŞ, İrana yeni iki mərhələli bir embarqoya başladığını elan edib. ABŞ İrana qarşı tətbiq olunan embarqoya dair iki mərhələli yeni bir qərarın ilk mərhələsinə start verib. Embarqo daxilində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq. İrana qarşı sərtləşən sanksiyalar bu ölkədə iqtisadi vəziyyəti ağırlaşdırıb. Dolların kursu sürətlə bahalaşır. Qiymətlərin sürətlə bahalaşması əhalinin etiraz aksiyalarına çıxmağa məcbur edib. TRT xəbər verir ki, ötən bazar günü İranın Kərəç şəhərində ölkədəki bahalığa etirazlar zamanı avtomobildən açılan atəş nəticəsində bir nəfər həlak olub. İran mətbuatında yayılan xəbərlərə görə, şübhəlilərin istifadə etdiyi avtomobilin markası müəyyən edilib. İsfahan şəhərində başlayan və Tehran və Əlburz əyalətlərinə yayılan etiraz nümayişlərdə vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib. İran mediası isə xəbər verir ki, İran Mərkəzi Bankının Valyuta İdarəsinin sədr müavini Əhməd Ərakçı həbs olunub, daha 3 şəxs isə korrupsiya üzrə istintaqa cəlb olunub. Dolların məzənnəsi ilə bağlı korrupsiya əməlləri ilə bağlı 6 şəxsin də istintaq işi başa çatıb və onlar həbs olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info