Məzunlar UNEC-də
Tarix: 07.08.2018 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“UNEC-i tanı” layihəsi davam edir. Layihə çərçivəsində UNEC-ə abituriyentlərin səfəri davam edir. İxtisas seçimləri dövründə UNEC-də 400-dən artıq abituriyentlə görüş keçirilərək, onlara ixtisas seçimində dəstək göstərilib, universitet barədə ətraflı məlumat verilib. Layihənin budəfəki iştirakçıları ölkədə ən yüksək bal toplayan abituriyent sayına görə öndə olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları olub. Liseyin II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentləri UNEC-in Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Anar Rzayevlə görüşüblər. Görüş zamanı abituriyentlərə UNEC-in xüsusi təqaüd, xarici universitetlərlə ikili diplom, UDİD və beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, 600-dən yüksək bal toplayanlar UDİD proqramına 50% güzəştlə qoşulacaqlar. Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil almaq istədiklərini bildirən abituriyentlər UNEC-in tələbələri üçün yaratdığı imkanları maraqla qarşılayıblar. “UNEC-i tanı” layihəsində iştirak etmək istəyənlər ixtisas seçimi günlərində şəxsiyyəti təsdiq edən vəsiqə ilə həftənin I-V günləri saat 9:00-18:00-dək UNEC-in əsas tədris binasına gələ bilərlər. Ətraflı məlumat: (+99412) 492 58 63; 492 60 43.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
10.12.2019
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10.12.2019
Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info