İraq mətbuatı: “Bakı: Qafqazın Xəzər sahilində parlayan mirvarisi”
Tarix: 07.08.2018 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


İraq mətbuatında dərc olunan “Bakı: Qafqazın Xəzər sahilində parlayan mirvarisi” sərlövhəli məqalədə Azərbaycan paytaxtının turizm imkanlarından bəhs edilib. Müəllifi Camal əl-Xərsan olan məqalədə Bakıda turistlərin böyük maraq göstərdikləri məkanlardan söz açılıb. Qeyd olunub ki, Xəzər dənizinin sahilində yerləşən Bakı əsrarəngiz şəhərdir. Xüsusi gözəlliyə malik bulvar boyu saysız-hesabsız piyadanın sərbəst hərəkət edə bildiyi geniş küçə uzanır. Müxtəlif binalar və rəngarəng məkanlar mənzərəni daha da gözəlləşdirir. Məqalədə İçərişəhər, Qız qalası haqqında məlumat verilərək qədim şəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyi bildirilib. Müasir tikililərdən yazan müəllif “Alov qüllələri” və Heydər Əliyev Mərkəzi barədə dolğun məlumat verib. Bildirib ki, Bakı və ümumiyyətlə ölkə turizm məkanına çevrilib. Azərbaycan paytaxtı çoxsaylı mədəniyyət, idman tədbirlərinə də uğurla ev sahibliyi edir. Ölkəmizin digər dövlətlərlə əlaqələrinə toxunan iraqlı jurnalist Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətinə də toxunub. Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və əldə etdiyi nailiyyətlərdən də geniş bəhs olunub. Cümhuriyyətin yaradılmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb
08.12.2019
İntensiv qar yağacaq, güclü külək əsəcək...
08.12.2019
Samoada qızılca səbəbindən məktəblər bağlanıb
08.12.2019
Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info