“Qərbin Yaxın Şərqdə hökmranlığı sona çatır”
Tarix: 20.06.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “The Financial Times” qəzeti Qərb ölkələrinin və ABŞ-ın Yaxın Şərqdə hökmranlığının başa çatması ilə bağlı yazı dərc edib. Məqaləni oxucularımıza təqdim edirik:
“Kim ki ABŞ-ı Suriya münaqişəsində genişmiqyaslı iştiraka çağırır, deməli, keçmişdə qalıb. Onlar düşünürlər ki, Amerika Yaxın Şərqin siyasi həyatında hökmranlıq etməyə davam edə bilər. Lakin 4 mühüm hadisə baş verdi ki, bunun da nəticəsində ABŞ-ın hökmran siyasətinin həyata keçirilməsində istifadə olunan əvvəlki metodlar artıq qeyri-realist və arzuolunmazdır. Bunlar: Əfqanıstan və İraqdakı uğursuz hərbi əməliyyatlar, böyük iqtisadi böhran, “Ərəb baharı” və ABŞ-ın energetik müstəqilliyinin perspektividir.
Son 10 ildə ABŞ dərk edib ki, öz hərbi güclərinin köməyi ilə Yaxın Şərqdə mövcud rejimləri çox asanlıqla dağıtmaq gücündədir, lakin Amerika və onun müttəfiqləri bu regionda çox pis nəticələrə imza atdı. ABŞ-ın Əfqanıstanda və İraqda onillik mövcudluğu nəticəsində bu ölkələrdə vəziyyət ekstremal qeyri-sabitdir, hərbi münaqişələr nəticəsində isə hər iki ölkə viran qaldı. Bu ölkələrdən heç biri “Qərb düşərgəsinə” daxil olmadı.
Böyük iqtisadi böhran faktının özü o deməkdir ki, Qərbin istənilən sarsıntılara dözmək imkanı bundan sonra sual altındadır. Avropada hərbi xərclərin həcmi azalır, Pentaqonun da büdcəsi ixtisar edilir. Bir halda ki İraqda müharibə ilə bağlı birbaşa və dolayı xərclər 3 trilyon dollar həcmində qiymətləndirilir, ABŞ hökumətinin dövlət borcları isə hər xərclənmiş dollara görə 40 sentə bərabərdir. Təəccüblü deyil ki, cənab Obama üzərinə Yaxın Şərqdə yeni öhdəliklər götürməkdən ehtiyat edir.
Növbəti mühüm fakt isə budur: ABŞ bilir ki, son nəticədə Yaxın Şərq xalqlarına öz gələcəklərini qurmaq lazımdır. Regionda olan bir çox qüvvə-məsələn, islamçılar, sünni və şiələr-Qərbdə həyəcana səbəb olurlar, hətta onlara məhəl qoymamaq da mümkün deyil.
Nəhayət, ölkənin Yaxın Şərq neftindən asılılığı azaldığından ABŞ tərəfindən qarışmama siyasəti aparılır.
Yaxın Şərqdə Qərb hökmranlığı sona çatır. Lakin bundan belə nəticə çıxarmaq olmaz ki, Qərb ölkələri öz maraqlarını müdafiə etməkdən imtina edir.
ABŞ-ın Fars körfəzində böyük hərbi bazaları var. ABŞ öz müttəfiqləri ilə birlikdə hər hansı düşmən gücün Yaxın Şərqdə hökmranlıq etməsinə mane olmaq üçün əlindən gələni edir.
ABŞ-ın üsyançılara hərbi köməyin göstərilməsi haqqında qərarına baxmayaraq, Barak Obama, görünür, daha əvvəlki kimi Suriya münaqişəsində ölkənin genişmiqyaslı iştirakına ehtiyatla yanaşır. Yaxın Şərqdə müstəmləkəçilik dövrü artıq bir neçə on il əvvəl qurtarıb. Həmçinin o da dəqiqdir ki, hazırda qeyri-formal imperiya dövrü də başa çatır”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info