Yanğın torpağın üst qatında toxum üçün tam keyfiyyətsiz təbəqə yaradır
Tarix: 07.08.2018 | Saat: 12:29:00 | E-mail | Çapa göndər



Son bir ayda təkcə Ağsu rayonu ərazisində 40 yanğın hadisəsi baş verib. Doğrudur, bunlardan 7-si məişət tullantısı, 14-ü quru kol-kos, 2-si çəpər yanğınıdır. Lakin 13 taxıl sahəsi, 1 meşə, 2 ev və 1 elektrik dirəyi kimi təhlükəli yanğınlar da olub. Əlbəttə, ümumən yanğın qorxulu, insana həyəcanlı anlar yaşadan təhlükəli hadisədir. Elə buna görə də havaların isti və yandırıcı keçdiyi yay aylarında kiçik bir qığılcımdan törəyə biləcək yanğın ehtimalının daha çox olduğu bir vaxtda ehtiyatlı davranmaq, təhlükəsizliyi gözləmək çox vacibdir.

Bu gün bölgədə son yanğın hadisəsini - Ağsu dolaylarındakı meşə yanğını və onun izlərini görən hər bir ağsulu təbiətə dəyən bu zərbəyə görə təəssüf hissi keçirir.
Rayonun Nəmirli kəndindən olan taxılçılıq üzrə fermer Yaqub Mirzəyev yanğın təhlükəsizliyi ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Hər dəfə taxıl yetişəndə, biçiləndə bilirsiniz nə qədər həyəcan keçiririk?! Axı, adi bir siqaret kötüyü, texnikanın tüstü borusunda qoruyucunun olmaması hər an yanğın törədə bilər. Nəticədə həm sənin, həm də ətrafındakıların zəhməti tamamilə məhv olar. Etiraf edim ki, heç də hamı təhlükəsizlik qaydalarına əməl etmir. Biçilən sahələrin kənarının dərhal şumlanması çoxlarının yadına belə düşmür”.
Bir çox fermerlərin biçilən taxıl sahələrinin yandırılmasında maraqlı olduğunu deyən Y.Mirəzyev bildirib ki, onlar bununla alaq otlarının məhv edildiyini, küləşin yanıb kül olduğunu və s. düşünürlər. Halbuki, yanğın torpağın üst qatında toxum üçün tam keyfiyyətsiz təbəqə yaradır. Həm də unutmaq olmaz ki, yanğın ümumiyyətlə təhlükəlidir və hər vaxt nəzarətdən çıxaraq ciddi fəsadlar törədə bilər. ona görə də daim ehtiyatlı olmaq lazımdır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb
17.11.2019
Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur
16.11.2019
Xədicə İsmayılova “Müsavat“ rəhbərliyini istefa verməyə çağırıb
16.11.2019
Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlanıb
16.11.2019
Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info