Sərhədi saxta sənədlərlə keçmək istəyən 4 əcnəbi saxlanılıb
Tarix: 07.08.2018 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
DSX-dən verilən məlumata görə, 24 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sərhəd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspaniyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.
26 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sərhəd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı pasportun saxtalaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanılmış şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəyyən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.
30 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması müəyyən edilib.
06 avqust tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.
Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq
15.11.2019
Azərbaycan əhalisi ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib
15.11.2019
Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb
15.11.2019
Astara rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info