Ərdoğanın müavini istefa xəbərini təkzib etdi
Tarix: 20.06.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Kadir Topbaş: “Bundan sonra İstanbulda bütün
layihələr yalnız sakinlərin razılığı ilə həyata keçiriləcək”


Türkiyə baş nazirinin müavini Bülent Arıncın istefa verdiyi iddia olunur. "Taraf" qəzetinin yazarı Mehmet Baransunun yazdığına görə, istefanın səbəbi Arıncın hökumətin toplantısında baş nazir Rəcəb Tayyib Ərdoğanla mübahisə etməsidir. İstanbuldakı “Gəzi” parkı ilə bağlı olayların müzakirə olunduğu toplantıda Ərdoğanla Arınc arasında ciddi mübahisə olub.
Mübahisədən sonra Bülent Arıncın "partiyadan və postumdan istefa verirəm" söylədiyi iddia olunur. Dəhlizdə nazirlər iqtidardakı Ədalət və İnkişaf Partiyasının önəmli funksioneri B.Arıncı dilə tutaraq fikrindən döndərməyə çalışsalar da, bir nəticə hasil olmayıb. Məsələ ilə Türkiyə prezidenti Abdulla Gülün məşğul olduğu deyilir. İddialara görə, toplantıda Rəcəb Tayyib Ərdoğan Arınca tərəf dönərək deyib: "Son günlərdəki açıqlamalar və bəyanatlarınızı yanlış sayıram. Dedikləriniz məni narahat edir. “Gəzi” parkı olaylarının arasında faiz lobbisi, beynəlxalq sərmayə var". Arınc isə cavabında deyib ki, olaylar barədə baş nazirin yaxın çevrəsi ona yanlış məlumatlar verir və nəticədə Ərdoğanda hadisələrlə bağlı səhv təsəvvürlər var. Amma dünən günün ikinci yarısında mətbuat konfransı keçirən Arınc istefa ilə bağlı yayılan xəbərləri təkzib edib. O, bu tipli xəbərlərin hökumətə qarşı olan qruplar tərəfindən məqsədli şəkildə yayıldığını bildirib.Qeyd edək ki, jurnalistlərə açıqlama verən İstanbul bələdiyyəsinin rəhbəri Kadir Topbaş bildirib ki, bundan sonra İstanbulda bütün layihələr yalnız bu vilayətin sakinlərinin razılığı ilə həyata keçiriləcək. Topbaş deyib ki, hətta avtobus dayanacaqlarının yerinin dəyişdirilməsi də bundan sonra yalnız sakinlərin razılığından sonra həyata keçiriləcək. Onun sözlərinə görə, nümayişlər nəticəsində İstanbul administrasiyasına dəyən ziyanın məbləği 60 milyon lirə təşkil edir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info