ADU Şanxay Çin Şərq Pedaqoji Universiteti ilə əməkdaşlıq edəcək
Tarix: 07.08.2018 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) Şanxay Çin Şərq Pedaqoji Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
ADU-dan bildiriblər ki, görüşdə iki ali məktəb arasında əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev ölkəmizdə ali təhsilin inkişafına dair dövlət strategiyası haqqında qonaqlara məlumat verib. Bildirib ki, Azərbaycanın ali təhsil proqramları ən müasir beynəlxalq təcrübəni tətbiq etməklə daim inkişafdadır. O, ADU-nun tarixi və tədris prosesi, beynəlxalq əlaqələri barədə danışaraq, universitetin əsasən pedaqoji, beynəlxalq və tərcümə sahəsində mütəxəssislər yetişdirdiyini söyləyib. Qeyd olunub ki, ADU dünyanın bir çox ölkələrinin, o cümlədən Çinin aparıcı universitetləri ilə əməkdaşlıq edir. Prorektor universitetlər arasında təhsil sahəsində mövcud əməkdaşlığın Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov institutun elmi, tədris və ictimai fəaliyyəti, həmçinin tarixi “İpək Yolu”nun dirçəlməsi ilə qlobal “Bir kəmər, bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumat verib. O, ümummilli lider Heydər Əliyevin siyasi irsindən, Prezident İlham Əliyevin ölkələrimiz arasındakı çoxşaxəli dostluq və əməkdaşlıq istiqamətində gördüyü işlərdən söz açıb, qonaqları müvafiq məlumat bazası ilə tanış edib. “Bir kəmər, bir yol” konsepsiyasının əsas məqsədinin trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərinin yaradılması olduğunu söyləyən R.Abbasov bu təşəbbüsün həyata keçirilməsində Azərbaycanın iştirakını xüsusi vurğulayıb.
Şanxay Çin Şərq Pedaqoji Universitetinin xarici tələbələrlə iş üzrə idarə rəisi Xuan Mey Syu ADU-da olmaqdan məmnunluğunu bildirib. Qonaq Çinin qədim universitetlərindən olan Şanxay Çin Şərq Pedaqoji Universitetinin beynəlxalq mübadilə sahəsində fəaliyyətindən bəhs edib. O, Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda, Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini yüksək qiymətləndirib. Konfutsi İnstitutunun aktiv fəaliyyətinin xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini vurğulayıb.
Sonra qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı ənənəvi dostluq əlaqələrinin, çoxşaxəli əməkdaşlığın möhkəmlənməsi və inkişafı uğrunda fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı və Azərbaycan dilində nəşr olunmuş ÇXR-in Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
04.12.2020
Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info