Gəncə-Kəlbəcər-Laçın yolunun bir hissəsi yenidən qurulur 
Tarix: 07.08.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Gəncə-Kəlbəcər-Laçın yolunun 16.5 km-lik hissəsi yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38.4 m-lik Gəncə-Göygöl hissəsinin yenidən qurulması 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulur. 2-ci mərhələ üzrə isə Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.
1-ci mərhələ üzrə yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.
Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Yeni Zod hissəsi uzun müddətli istismardan sonra yararsız vəziyyətə düşmüş, yolun eninə və uzununa profilində çökmələr, çatlar və yuyulmalar əmələ gəlmişdi. Mövcud avtomobil yolu III və IV texniki dərəcəlidir. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır.
Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə 5.7 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
Tikinti layihəsini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 2 ədəd transformator və 320 ədəd işıq dirəyi, 974 ədəd siqnal dirəyi, 170 ədəd yol nişanı və təhlükəli ərazilərdə 3.3 km uzunluğunda əyrixətli dəmir tirlər quraşdırılacaq, 50 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Növbəti mərhələdə sözügedən yolun 21.9 km uzunluğa malik Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info