Naxçıvanda əkin sahələrinə 29 milyon kubmetr su verilib
Tarix: 07.08.2018 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Muxtar respublikada əkin sahələrinin suvarma suyu ilə təmin olunması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə tikinti, təmir və bərpa işləri iyul ayında da davam etdirilib, su bölgüsünə və ondan səmərəli istifadəyə nəzarət artırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövrdə 8 kilometr yeni suvarma boru xətti çəkilib, 5 kilometr mövcud içməli su xətti təmir-bərpa olunub, 10 kilometr beton, torpaq kanal və 24 kilometr ara arxlar lildən təmizlənib. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 29 milyon kubmetr su verilib, bunun müqabilində 24 min 678 hektar torpaq sahəsi suvarılıb.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 500 metr magistral, 800 metr ana, 6 min metr paylayıcı boru xətti çəkilib.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində də işlər davam etdirilib. Hazırda Şahbuz şəhər çirkab sutəmizləyici qurğusunda avadanlıqlar quraşdırılır, elektrik xətləri çəkilir, ətrafında abadlıq işləri aparılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info