Piboztəpə antik dövr nekropolunda 27 qəbir tədqiq olunub
Tarix: 07.08.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Lerik rayonunun Gürdəsər və Kiravurd kəndlərinin inzibati ərazisinə daxil olan abidələrdə antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar başa çatıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, arxeoloji qazıntılar zamanı Gürdəsər kəndinin inzibati ərazisinə daxil olan Piboztəpə antik dövr nekropolunda 27 qəbir tədqiq olunub. 2012-ci ildən ərazidə başlanmış arxeoloji tədqiqatlar nəticəsində Piboztəpədə indiyədək ümumi 190 qəbir aşkar olunub ki, bunlardan 170-i antik dövrə aiddir. Qəbirlər səciyyəvi cəhətlərinə görə eramızdan əvvəl V-III əsrlərə aiddir. ABŞ-ın elmi laboratoriyalarında aparılmış radiokarbon analizlərin nəticələri də bu tarixi təsdiqləyir.
Antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, aşkar olunmuş məzarlar müxtəlif formadadır. Qəbirlərdəki ölülər bükülü vəziyyətdə, sağ və ya sol böyürləri üstə dəfn ediliblər. Dəfn edilənlərin yanlarında silahları, qılıncları, bıçaqları və nizələri qoyulub. Bundan əlavə, qəbirlərdə müxtəlif bədii tərtibatlı saxsı qablar da aşkarlanıb. Bu saxsı qabların bəziləri heyvan formasındadır ki, bu da xüsusi ayinlərlə əlaqədardır. Dəfn olunanların üzərindən şəxsi əşyaları, tunc və gümüşdən bəzək əşyaları, müxtəlif tərkibli muncuqlar da tapılıb.
C.Eminli əlavə edib ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər insan və heyvan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar və ətraf ərazilərdə abidələrin varlığını müəyyən etmək üçün xəritələşmə işləri aparırlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Gənc Tamaşaçılar Teatrında “Şən Elf və cadugər”in premyerası olub
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info