Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün vahid tariflər müəyyən olundu
Tarix: 07.08.2018 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


0,4 kilovolt gərginlikli mövcud şəbəkədən öz mənzilinə 20 kilovattadək birfazalı elektrik şəbəkəsi çəkmək niyyətində olan abonentlər üçün vahid tariflərin tətbiq olunması ümumilikdə bu xidmətlərin dəyərini azaltmağa imkan verəcək.
Bunu mətbuat konfransında “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.
Bundan başqa, iyul ayının sonundan etibarən “Azərişıq” abonentlərin enerji təminatı sxemini dəyişib. Onun sözlərinə görə, birfazalı şəbəkədən üçfazalı şəbəkəyə keçid, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində sayğacların dəyişdirilməsi kimi xidmətlər yalnız “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir.
E.Rüstəmli əlavə edib ki, ümumilikdə 2018-ci ilin ilk yeddi ayı ərzində ASC “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərilən xidmətlərin sayını 10-dan 13-ə artırıb. Zərurət yaranacağı təqdirdə bu xidmətlər bir qədər də artırıla bilər.
O bildirib ki, bu ilin yeddi ayı ərzində müəssisəyə elektrik şəbəkəsinə qoşulmaq arzusunda olan sakinlərdən 11,5 min müraciət və biznes obyektlərinə elektrik çəkdirmək istəyən sahibkarlardan 1700-dən çox müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq aşkar edilən hallardan başqa müraciətlərin böyük hissəsi icra olunub. Ümumilikdə bu müddət ərzində ASC-yə 101 min müraciət daxil olub. Bu müraciətlərdən böyük əksəriyyəti texniki dəstək xidmətləri üçün edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
ABŞ-da “Əsrin müqaviləsi“nin 25 illiyinə həsr olunmuş forum keçirilib
21.11.2019
“İkili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır”
21.11.2019
AzerTelecom “Türkmentel 2019” sərgisində iştirak edəcək
21.11.2019
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb
21.11.2019
Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 25 faizdən çox artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info