Sökülən evlərə görə nə qədər kompensasiya veriləcək? 
Tarix: 07.08.2018 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) paytaxtın Yasamal rayonunda yeni yolun çəkilməsi ilə bağlı görülən işlərlə əlaqədar məlumat yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yeni yolla bağlı artıq 75 evin söküntüsünə başlanılıb: "Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. Artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərindən çıxarılıb və söküntüyə başlanılıb".
A.Nəcəfli bildirib ki, yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir: "Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq".
Qurum rəsmisi ərazidə sökülən evlərə görə həmin mənzillərdə yaşayan ailələrə veriləcək kompensasiya barədə də danışıb: "Kompensasiya mənzilin yerləşdiyi əraziyə görə ödənilir. Mənzilin hər kvadratına görə, ailələrə 1200 manata qədər kompensasiya ödənilir. Ərazidə müxtəlif təyinatlı obyektlər yerləşir. Köçürülən ev və obyektlərin qanuni və qanunsuz olmasına baxmayaraq ev və obyekt sahiblərinə kompensasiyalar veriləcək. Artıq bəzilərinə kompensasiya verilir. Söküntüyə düşən hər daşınmaz əmlaka görə kompensasiya ödənilir".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info