“Azərişıq”dan “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə göstərdiyi xidmətlərdə yeniliklər
Tarix: 07.08.2018 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərdə yeniliklər edilib. Bir neçə gün əvvəl Nazirlər Kabineti əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib. Həmin qərara əsasən evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı xətlə elektrik enerjisi çəkdirmək istəyən abonentlər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib. Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb.
Paralel olaraq “Azərişıq” ASC-nin ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə artıq istehlakçıların enerji təchizatı sxemi dəyişdirilməsi - bir fazalıdan üç fazlıya və ya əksinə, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız və yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir.
Ümumilikdə 2018-ci ilin arxada qalan 7 ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” brendi vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Daha doğrusu mart ayında “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə “yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb.
Həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyır. Ələxsus sıralamada 13-cü olan “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidməti istehlakçılar üçün çoxdan gözlənilən xidmət hesab olunur. Çünki Azərişıq ASC-nin balansında olmayan istehlakçıların balansında olan elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması və ya ortaya çıxan problemlərin aradan qaldırılması üçün bu xidmət olduqca vacib xidmətdir.
“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə göstəridi 13 xidmət arasında heç şübhəsiz əhali və qeyri əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri də xüsusi önəm daşıyır. Bu səbəbdəndir ki, Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. Həmçinin “Azərişıq» ASC-nin rəsmi saytında «Elektrik şəbəkəsinə necə qoşulaq» adlı xüsusi bölmə yaradılıb, və texniki şərtlərin verilməsinin yenilənmiş yeni qaydaları əks olunub. Ələxsus sosial şəbəkələrlə iş intensivləşdirilib “Azerishiq ASC” adlı “facebook”, “azerishiq.az” adlı “instagram” səhifələrində bütün yeniliklər, tariflər özünə yer alıb, şikayət və təkliflər bu dəqiqə də qəbul edilməkdədir. ASC-nin Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınıb, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.
Aparılan islahatlar və yeniliklərdən sonra 2018-ci ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsi ilə 11500-ə qədər evinə, bağına yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1700-ə qədər obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin böyük əksəriyyəti icra olunub. Ümumilikdə isə 7 ay ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür
23.11.2020
Maskasız evinin kandarına çıxan cərimələnəcək – DİN

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info