Dezinfeksiyaedici vasitələr bakteriyalara təsirini itirmək üzrədir
Tarix: 07.08.2018 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Dünyanın bütün xəstəxanalarında infeksiyaların yayılmasının qarşısını almaq üçün sanitayzerdən (əl üçün spirt əsaslı dezinfeksiyaedici vasitə) istifadə edirlər. Amma son tədqiqatların nəticələrinə görə, bu vasitələr ən azı bir bakteriya qarşısında acizdir
AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, söhbət “Enterococcus faecium” bakteriyasından gedir. Təəssüf ki, bu bakteriya bəzi antibiotiklərə qarşı davamlılıq əldə edib. Nəticədə sidik ifrazı sistemi infeksiyaya yoluxur, sepsis əmələ gəlir. Məsələ bundadır ki, “E. Faecium” ştammları təqribən 20 il ərzində spirt tərkibli dezinfeksiyaedici vasitələrə davamlılıq əldə edib. Bu da o deməkdir ki, sanitariya siyasəti yenidən gözdən keçirilməlidir.
Bütövlükdə spirtli vasitələr çox səmərəlidir. Məsələn, dayanıqlı qızılı stafilokokku zərərsizləşdirir. Lakin universal deyildir.
Alimlər 1997-2015-ci illərdə Melburn xəstəxanalarından toplanmış “E. Faecium” bakteriyalarının 139 nümunəsinin davranışını təhlil ediblər. Məlum olub ki, 2010-cu ildən sonra götürülmüş nümunələr spirtli vasitələrə əvvəlki nümunələrdən 10 dəfə çox davamlıdır. Bu da patogenlərin mübadilə prosesləri ilə bağlı olan genlərdə bir neçə mutasiyanın əmələ gəlməsi nəticəsində baş verib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür
12.09.2018
Çin pilotsuz metro qatarı təqdim edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info