Diaspor təşkilatı sədri “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif edilib
Tarix: 07.08.2018 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Avqustun 7-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin konfrans zalında Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilmiş “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsi iştirakçılarının görüşü keçirildi. Görüşdə dərnəyin sədri Cəvahir Əhmədova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, layihədə iştirak etmiş şəhid övladları, Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev və ictimai birliyin fəal üzvləri iştirak etdilər. Qeyd edək ki, layihə çərçivəsində şəhid övladları 2018-ci ilin mart ayının 15 Azərbaycandan Türkiyəyə gedən 38 şəhid övladı öncə Türkiyənin paytaxtı Ankarada qarşılanıb. Şəhid övladları öncə Azərbaycanın Türkiyədəki Səfirliyində olublar. Daha sonra Türkiyənin Baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin deputatları və digər rəsmi şəxslərlə görüşüblər. Onlar qardaş xalqın şəhid övladları ilə görüşərək, Vətənimizin tarixi, işğal olunmuş torpaqlarımızın azadlığı  uğrunda apardığımız mübarizə haqqında məlumat veriblər. Həmçinin Anıtqəbiri ziyarət ediblər. Bununla yanaşı bir sıra rəsmi şəxslərlə görüş olub. Ankara ziyarətindən sonra Eskişehirə gedilib. Eskişehirdə soydaşlarımızla görüş olub. Daha sonra Bursadakı tarixi yerlərdə gəzinti olub. Ardınca Çanakkalaya gedərək şəhidlik və qazanılan zəfərlər haqqında məlumat verilib. Uşaqlarımıza Türkiyə Cümhuriyyətinin qurulmasında rolu olan şəxslər haqqında danışılıb. Son dayanacaq olaraq Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyət göstərdiyi İzmirə gedilib. Burada Türkiyədə olan şəhid uşaqları və ailələri ilə görüş olub. Birlikdə tarixi və mədəni gəzinti təşkil olunub. Daha sonra şəhid uşaqlarımız, şəhid ailələri, dərnək üzvləri, protokol, Azərbaycan konsulluğu, proyektimizə dəstək olan dövlət, QHT üzvləri ilə birlikdə yemək təşkil edilib. 2018-ci ilin mart ayının 27-də şəhid övladları Azərbaycana yola salınıb. Nəzərə çatdıraq ki, səfər müddətində şəhid uşaqlarını 1 həkim, 2 tarixçi alim, 1 psixoloq və 6 nəfərdən ibarət nəzarətçi qrup müşayiət edib.
Tədbiri giriş sözü ilə açan Mehdi Mehdiyev qonaqları salamladı, keçirilmiş layihənin əhəmiyyətindən danışaraq layihənin uğurlu alındığını qeyd etdi. Daha sonra o, sözü Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olan, Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədovaya verdi.
Cəvahir xanım azərbaycanlı şəhid övladlarının Türkiyə səfərindən danışaraq sözü gedən layihənin qardaş xalqlarımız arasındakı dostluq və mehriban münasibətlərin daha da möhkəmlənməsində oynadığı rolundan bəhs etdi. O, belə tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsinə əvəzolunmaz təsirini qeyd edərək dedi ki, torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin övladları öz valideynləri ilə fəxr etməli, şəhid anaları isə qəhrəman oğulları ilə qürur  duymalıdırlar.
Cəvahir xanım səfər təəssüratlarından, Türkiyə xalqının Azərbaycanlı balalara qarşı isti, dostluq münasibətindən, onların şəhid adını uca tutmasından danışdı.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə öz çıxışında Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, Cəvahir xanım böyük ictimai fəallıq nümayiş etdirir, xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir.
Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev çıxışında başda Cəvahir Əhmədova olmaqla layihənin baş tutmasında əməkləri olan bütün insanlara öz minnətdarlığını bildirdi. O qeyd etdi ki, dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi qayğı və diqqəti daim artırır, onların problemlərini birinci növbədə həll etməyə çalışır. Bu məqsədlər üçün ayrılan vəsait, təqdim olunan mənzillər və nəqliyyat vasitələri buna əyani sübutdur. Bununla belə, hər bir Azərbaycan vətəndaşı, hər bir övladımız özündə Vətən qeyrəti tərbiyə etməli, öz əməlləri ilə xalqımızın rifahının artmasına, vətənimizin çiçəklənməsinə dəstək olmalıdır. İctimai birlik olaraq təşkilatımız da fəaliyyət istiqamətlərindən biri kimi məktəblilərlə vətənpərvərlik mövzusunda tədbirlər keçirir. Təkcə bu ilin birinci yarısında məktəblərdə 250-ə yaxın tədbir keçirmişik.
Tədbirin sonunda Mehdi Mehdiyev bir daha Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədovaya layihənin uğurlu alınmasında göstərdiyi təşkilatçılığa görə təşəkkürünü bildirdi və ictimai birliyin təsis etdiyi “Vətənpərvərlik işində xidmətlərinə görə” medalını ona təqdim etdi.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info