Azərbaycan nümayəndə heyəti VI Hun-Türk qurultayı üçün Macarstana yola düşür
Tarix: 07.08.2018 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Avqustun 8-13-də Macarstanda VI Hun-Türk Qurultayı keçiriləcək. Hər iki ildən bir keçirilən Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyekt olaraq yaşayan türklər iştirak edəcəklər. 

Həmişə olduğu kimi bu Qurultayda da 30-a yaxın ölkədən 300 minə yaxın ziyarətçinin qatılacağı ehtimal edilir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, Qurultayda iştirak etmək üçün bu gün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, sənətçi Şəmistan Əlizamanlı, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, QHT təmsilçisi Arzu Bağırova sabah Macarstana yola düşəcəklər.

Qeyd edək ki, Qurultayda türk dünyasını düşündürən məsələlər, birgə fəaliyyət proqramları da müzakirə olunur. Eyni zamanda Qurultay Türk xalqlarının birlik və bərabərliyini gücləndirmək üçün önəmli bir əməkdaşlıq platformudur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
ABŞ maraqlarına uyğun olmayan “Silahlara Nəzarət“ razılaşmalarını imzalamayacaq
21.11.2019
“ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq“
20.11.2019
“Milli qaunvericiliyimiz uşaqları qoruyur”
20.11.2019
Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti
20.11.2019
“Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu öz səmərəliliyini sübut edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info