Qraçya Berberyan: «Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi xalqı aldadır”
Tarix: 07.08.2018 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


“Kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı rəqəmlər saxtadır”

«Kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı danışan Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi fantastik, ağlasığmaz rəqəmlər göstərir». Bu barədə «news.am» saytının əməkdaşı ilə söhbətində "Ermənistanın Aqrar-Kənd Təsərrüfatı Birliyi" QHT-sinin sədri Qraçya Berberyan bildirib. QHT sədrinin fikrincə, kənd təsərrüfatı naziri Artur Xaçatryanın bu ilin avqustun 1-nədək Ermənistandan 50 min tondan artıq ərik ixrac edilməsi ilə bağlı dedikləri heç bir reallığı özündə əks etdirmir. Berberyana görə, bunu nazirin dediyi başqa kənd təsərrüfatı mallarına da aid etmək olar: «Əgər nazir dediyi yalanlara özü də inanırsa, bu halda hansı məhsulların ölkədən ixrac edildiyini bizə də göstərsin. Bu gün Ermənistanda 350-400 yük maşını tutumlu soyuducular mövcuddur ki, onların da əksəriyyəti işlək vəziyyətində deyil. Onların çoxu daimi təmirdədir. İşlək vəziyyətdə olan soyuducuların tutumu isə ən yaxşı halda 24-28 min ton civarındadır. Təbii ki, burada rəqəmləri müqayisə edib anlamaq üçün riyaziyyatçı olmağa belə, dəyməz».
QHT sədri saxta rəqəm artımına görə, müvafiq siyasi qüvvələrə fikirləşmələrini məsləhət görür: «Əks halda, onlar payızda bunun üçün cavab verməli olacaqlar. Biz də öz tərəfimizdən kəndlilərə siyasi qüvvələrin uğursuzluqlarına kimlərin günahkar olduqlarını izah edəcəyik».

Ermənistana pomidor kənd təsərrüfatı kreditləri hesabına idxal olunur: "Qablaşdırmada bunun Ermənistanda istehsal olunduğu yazılsa da, əslində bu, çirkli pulların yuyulmasına hesablanmış bir addımdır. Bununla kimin gözünə kül üfürmək istəyirlər. Onlar artıq köhnə zamanın arxada qaldığını hələ də unudurlar”

Berberyan kənd təsərrüfatı nazirinin Ermənistanın pomidor ixracı ilə bağlı dediklərinin də heç bir əsası olmadığını bildirib. Onun sözlərinə görə, əslində, Ermənistana pomidor kənd təsərrüfatı kreditləri hesabına idxal olunur: "Qablaşdırmada bunun Ermənistanda istehsal olunduğu yazılsa da, əslində bu, çirkli pulların yuyulmasına hesablanmış bir addımdır. Bununla kimin gözünə kül üfürmək istəyirlər. Onlar artıq köhnə zamanın arxada qaldığını hələ də unudurlar».
Bir müddət bundan əvvəl Ermənistanın kənd təsərrüfatı naziri Artur Xaçatryan avqustun 1-dən etibarən, ərik növlərinin ixracatının əvvəlki ilə nisbətən 28,9 min tonla müqayisədə, 78 faiz artaraq 50 min ton olduğunu bildirmişdi. Nazirin sözlərinə görə, «Ermənistan 2018-ci il avqustun 1-dək təxminən 120 min ton meyvə və tərəvəz ixrac edib ki, bu da ötən ilin göstəricilərini 70 faiz üstələyir». QHT sədri Qraçya Berberyan bu rəqəmlərin reallığı əks etdirmədiyini, saxta olduğunu bildirib.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info