Dan İanku: “Rumıniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Tarix: 07.08.2018 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Azərbaycan-Ermənistan Dağlıq Qarbağ münaqişəsi zamanı ermənilər cəbhə zonasını minalayaraq öz işğalçılıq və terrorçuluq məqsədlərini nümayiş etdiriblər. Bunun ağır nətəcələrini isə bu gün Azərbaycanın yerli əhalisi də görür. Belə ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tovuz rayonunun Əlibəyli kəndi ərazisində həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisə nəticəsində xəstəxanaya gətirilən mülki şəxs, 2004-cü il təvəllüdlü Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib. Hazırda yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağır sabitdir.
Hadisə nəticəsində ağır xasarət alan digər şəxs, 1994-cü il təvəllüdlü Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir. Hadisə kənd sakinləri heyvan otararkən baş verib.
Yeri gəlmişkən, Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Tovuzun Ermənistanla sərhəd Ağdam kəndində olub. Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanın dəvəti ilə baş tutan səfər zamanı millət vəkili Ermənistanın vandalizm aktları, hətta atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları qeyri-insani əməllər barədə məlumatlar verib.
Q.Paşayeva mütəmadi olaraq Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması, yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi barədə məlumat verib.
Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən səfir Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını dilədiklərini bildirib.
D.İankunun Tovuz RİH-də görüşü zamanı millət vəkili Q.Paşayeva Tovuzla Rumıniya arasında qardaşlaşmış bölgə təklifi ilə çıxış edib, hər iki ölkənin regionları arasında iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı, ədəbi-mədəni, turizm əməkdaşlığı üçün də geniş imkanlar olduğunu deyib.
Rumıniya səfiri ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.
D.İanku “Naiqin&-Co” şirkəti və onun istehsal etdiyi məhsullarla tanış olub və Tovuz şərabçıları ilə müştərək əlaqələrin yaradılmasının mümkünlüyü bildirilib.

Xalq-ordu birliyinin təzahürü
Azərbaycanda xalq-ordu birliyi hər zaman təzahür edib. Hələ II Dünya müharibəsi zamanı mülki şəxslər öz məhsullarını və əl işlərini orduya yardım olaraq göndəriblər. Xalqımızın belə xeyirxah və mütərəqqi missiyası bu gün də davam edir. Bunun bariz nümunəsi olaraq qeyd edək ki, Naxçıvanda iməciliklər zamanı salınmış meyvə bağlarından 69 min 676 kiloqram ərik, 17 min 64 kiloqram alma, 1232 kiloqram gilənar, 631 kiloqram alça, 214 kiloqram gilas olmaqla, ümumilikdə, 88 min 817 kiloqram meyvə yığılaraq hərbi hissələrə verilib. Əlavə olaraq hərbi hissələrin yardımçı təsərrüfatlarından 51 min 978 kiloqram meyvə, 7 min 488 kiloqram bostan-tərəvəz məhsulu yığılıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mülki təşkilatlar tərəfindən hərbi hissələrə təhvil verilən sovqatın və hərbi hissələrin yardımçı təsərrüfatlarından yığılmış meyvə, tərəvəz və bostan məhsullarının ümumi həcmi 148 min 283 kiloqram olub. Bu məhsulun 67 min 199 kiloqramı qurudulmaya verilib və bu günə qədər 8180 kiloqramı qurudulub. Hazırda meyvə bağlarından və bostanlardan toplanan məhsulların hərbi hissələrə təhvil verilməsi davam etdirilir.
Məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimlərinin Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə verilməsi xalq-ordu birliyinin daha bir təzahürüdür. 2017-2018-ci illərin payız-qış mövsümündə də bu iş davam etdirilib, məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2514 cüt yun corab və 214 şərf ön xətdə yerləşən hərbi hissələrə göndərilib. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən isə 200 gödəkcə, 200 cüt corab və 200 idman papağı hərbi hissələrə verilib. Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılan 4 paltaryuyan, 3 qabyuyan, 3 televizor, 3 tikiş maşını, 2 qaz sobası, 1 stolüstü qaz pilətəsi, 1 mikrodalğalı soba və 2485 kiloqram alçı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinə təhvil verilib.

Dağlıq Qarabağın azadlığına aparan başlıca yol...
Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günlərində hərbi hissələrə sovqat aparmaları, mədəniyyət kollektivlərinin əsgərlər qarşısında konsert proqramları ilə çıxış etmələri şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.
Günnüt əməliyyatı nəticəsində düşməndən azad edilən ərazilərdə 15 İyun - Milli Qurtuluş Günü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə təşkil olunan bayram tədbirləri də böyük ruh yüksəkliyi yaradıb. Tədbirlərdə ordumuzun keçdiyi inkişaf yolundan, qazandığı qələbələrdən danışılıb, mədəniyyət kollektivləri şəxsi heyət qarşısında çıxış ediblər. Gətirilmiş sovqat bölmələrə təhvil verilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki şəhər və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Şərur Xalq Yallı Ansamblının və digər mədəniyyət ocaqlarının nümayəndələri əlamətdar tarixi günlərdə Naxçıvan qarnizonunun şəxsi heyəti qarşısında maraqlı konsert proqramları ilə müntəzəm çıxış edirlər. Həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun hər ay, eləcə də bayram günlərində Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində və ön xətdə yerləşən hərbi hissələrdə konsert proqramı təşkil olunur. 2018-ci ilin birinci yarısında da bu tədbirlər davam etdirilib, hərbi hissə və bölmələrdə ictimaiyyət nümayəndələrinin, mədəniyyət kollektivlərinin, ziyalıların, elm adamlarının və veteranların iştirakı ilə 70-ə yaxın mədəni-kütləvi tədbir keçirilib.
Qeyd edək ki, muxtar respublikadakı hərbi hissələrin şəxsi heyəti hərtərəfli təminata malikdir. Əsgərlərin qidalanması və sağlamlıqlarının qorunması sahəsində kompleks tədbirlər görülüb, ən müasir xidmət və yaşayış şəraiti yaradılıb. Əlamətdar günlərdə əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir. Azərbaycan əsgəri də fəxr edir ki, onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayanıb. Xalqımızın dövlətə, orduya inamı Dağlıq Qarabağın azadlığına aparan başlıca yoldur.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info