Sahələrin yandırılması həmin ərazidə məhsuldarlığı 20-30 faiz azaldır
Tarix: 08.08.2018 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


"Hər il Azərbaycanda taxıl biçildikdən sonra taxıl sahələri kütləvi şəkildə yandırılır. Bununla bağlı dəfələrlə maarifləndirmə işləri aparılsa da, yenə də fermerlər bu işləri davam etdirirlər. Əslində isə, taxıl biçiləndən sonra sahənin yandırılması ciddi şəkildə yanlışdır. Bu, ekologiyanın, biomühitin məhvinə gətirib çıxarır, torpağın humus qatına çox böyük ziyan vurur. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçünəlavə resurslar və uzun müddət lazımdır".
“Milli.Az” xəbər verir ki, bunu "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin mətbuat xidmətinin rəhbəri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib. Onun sözlərinə görə, fermerlər hesab edirlər ki, sahəni yandırmaqla ciddi məhsuldarlıq əldə edə, müəyyən xərclərdən yaxa qurtara biləcəklər. Əslində isə bu cür düşünmək tam yanlışdır: "Fermerlərin əksəriyyəti hesab edir ki, sahəni yandırmaqla həm sahəni asanca samandan təmizləyirlər, həm də zərərvericilərə qarşı guya səmərəli mübarizə aparırlar. Amma bunun çox böyük səhv olduğunu bilmirlər. Yadda saxlamaq lazımdır ki, sahədə qalan saman kütləsinin özü elə təbii gübrədir. O, sahəni münbitləşdirir, humus qatı ilə reaksiyaya girərək torpaqda münbit mühit yaradır. Çünki torpağın humus qatı öz-özünə əmələ gəlmir. O, müxtəlif bu cür bioloji çürüntülər nəticəsində yaranır. Sahəni yandıranda isə bitki örtüyü və torpağın üst qatındakı bütün mikroorqanizmlər tamamilə məhv olur. Ona görə də bu addım heç də fermerlərin hesab etdiyi kimi, torpaq üçün xeyirli deyil. Bitkilərin, çürüntülərin olması torpağın qidalanması üçün çox vacibdir. Torpaq 3-4 ay, yəni sentyabr-oktyabr ayınadək dincə qoyulduğuna görə zibil kimi gözə dəyən saman çürüntüyə çevrilir və torpaq şumlanandan, çevrilib onun alt qatına keçəndən sonra onu qidalandırır. Buna aqrar elmdə üzvi gübrə deyirlər. Yəni bu təbii gübrədir, Allahın insanlara bəxş etdiyi bir nemətdir. Torpağın bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək erroziyasının qarşısını alır, orada nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, mikroflora aktivləşir. Bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə səbəb olur". Ekspertin fikrincə, sahələrin yandırılması həmin ərazidə məhsuldarlığın 20-30 faiz azalmasına gətirib çıxarır: "Azərbaycan onsuz da torpaq ehtiyatları az olan ölkələrdəndir. Burada adambaşına cəmi 0,22 hektar əkin yeri və 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür. Üstəgəl, əkinə və örüşə yararlı torpaqlarımızın 20 faizi işğal altındadır. Əlimizdə olan torpaqların 44 faizində şoranlaşma, erroziya prosesləri gedir. Bir tərəfdən də hər il taxıl əkilən 960 min hektarın 40 faizinə od vurub yandırırıq. İldən-ilə aşağı düşən məhsuldarlıq, kənd təsərrüfatında maya dəyərin baha başa gəlməsinə təsir edən mühüm amillər bunlardır. Bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir. Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə vermək lazımdır. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur". Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info