Şimal-Cənub nəqliyyat dəhlizi tranzit daşımaları artıracaq
Tarix: 08.08.2018 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya nəqliyyat sahəsində uğurla əməkdaşlıq edir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşüb.
Görüşdə Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın genişlənməsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri bu dəhlizin nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayıb. Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisinin davam etdiyini bildirən nazir bu layihənin də nəqliyyat və ticarət əlaqələrinin inkişafında, daşımaların artmasında önəmli olacağını qeyd edib. Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin uğurlu layihələrdən olduğunu vurğulayıb, hazırda Azərbaycan və Rusiya arasında icrası davam edən nəqliyyat layihələrinə, daşımaların artırılması imkanlarına və nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
Nərazət-buraxılış məntəqəsinə hücum olunub, ölənlər var
16.12.2019
Həftənin ilk iş günü hava necə olacaq?
15.12.2019
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
15.12.2019
“Milli Şura“ mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info