Kipr Bankı 2,5 min əməkdaşını işdən azad edəcək
Tarix: 20.06.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Kipr Bankı bu ilin sonunadək təxminən 2,5 min əməkdaşını işdən azad edəcək. Bu barədə məlumatı bankın Direktorlar Şurasının müvəqqəti sədri Sofoklis Mixaelidis verib.
Onun sözlərinə görə, beynəlxalq kreditorların tələbi ilə Kipr Bankının restrukturizasiyası çərçivəsində həyata keçiriləcək işdən çıxarmalar banka 10 milyard avro məbləğində yardım ayrılması üçün irəli sürülmüş şərtdir. S.Mixaelidis deyib: “Biz ümid bəsləyirik ki, yaxın vaxtlarda həmkarlar ittifaqları ilə könüllü işdən çıxma proqramına dair razılaşma əldə edəcəyik. Bu razılaşma kütləvi işdən çıxarmalara yol açacaq”. O əlavə edib ki, artıq payızda min işçini, dekabra qədər isə daha 1-1,5 min əməkdaşı işdən azad etmək planlaşdırılır. Mixaelidis onu da bildirib ki, ölkədə bankın xeyli sayda bölməsi bağlanacaq. Hazırda fəaliyyət göstərən 200 bölmədən 100-120-nin saxlanılacağı təxmin edilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info