İran Mərkəzi Bankı xalqa müraciət edib: “yastıq altındakı” valyutanı banklara gətirin
Tarix: 08.08.2018 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Əmək naziri: “Embarqolara görə təqribən 1 milyon nəfər işsiz qala bilər”

ABŞ prezidenti Donald Tramp İrana avqustun 7-dən etibarən tətbiq edilən embarqo qərarını pozanları təhdid edib. Xatırladaq ki, ABŞ İranla imzalanan nüvə razılaşmasından bu ilin may ayında tək tərəfli şəkildə çıxıb. Bundan sonra İran ilə əlaqəli sanksiya qərarının pozulmasının qarşısını almaq məqsədilə prezident Tramp yeni bir qərarnamə imzalayıb. Qərarnaməyə əsasən İranın ABŞ dollarına və qiymətli metallara müraciətinə, enerji sektoruna, ABŞ-ın cinayətkarlar siyahısında yer alanlara, nəqliyyat və gəmi istehsalı ilə liman əməliyyatlarına dəstək verənlərə embarqo tətbiq ediləcək. Həmçinin İranın avtomobil sektorunda istifadə edilən ehtiyatları satan, təmin edən və ya transfer edənlər sanksiyalarla cəzalandırılacaqlar. Sanksiyaların ikinci mərhələsinə isə 5 noyabr 2018-də keçiləcək. Bu mərhələdə İran Milli Neft Şirkəti, Naftiran Ticarət Şirkəti və İran Mərkəzi Bankına yardım edən, sponsorluq edən, maliyyə, maddi və ya texnoloji dəstək verənlər ABŞ-ın sanksiyaları ilə qarşılaşacaqlar. ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) sanksiya siyahısında olan şəxslərə dəstək verənlərə də 5 noyabrdan etibarən sanksiya tətbiqi nəzərdə tutulub. Tramp mövzu ilə əlaqəli açıqlamasında qeyd edib: “ABŞ sanksiyalara tamamilə riayət olunmasını təmin etməkdə qərarlıdır. İranla əlaqələri davam etdirənləri ağır nəticələr gözləyir. Bir çox beynəlxalq firmanın, İran bazarından ayrılacaqlarını elan etmələrini yüksək qiymətləndirirəm. Bəzi ölkələr də İrandan xam neft idxalatını azaldacaqlarını və ya dayandıracaqlarını açıqlayıblar. Bütün millətlərə çağırış edirəm ki, İran rejiminin dəyişməsində təsirli olacaq addımlar atsınlar”. ABŞ rəsmiləri qeyd edirlər ki, artıq 100-dən çox beynəlxalq şirkət İran bazarından çəkilməyi qəbul edib. İranda isə hökumət yerlu pul vahidinin dəyərdən düşməsinin və qiymətlərin bahalaşmasının qarşısını almağa çalışır. TRT xəbər verir ki, İran Mərkəzi Bankı ölkədə valyuta məzənnəsi ilə əlaqəli problemlərin artmasının qarşısını almaq üçün yeni valyuta planı açıqlayıb. Plana görə valyuta qadağaları qismən ləğv ediləcək. Türkiyə kimi qonşu ölkələrə səyahət edən iranlılara 500, uzaq ölkələrə 1000 avro ucuz valyuta satan Mərkəzi Bank bu tətbiqə də son qoyub. Mərkəzi Bankın sədrinin məlumatına görə, bundan sonra valyuta qiymətlərinin müəyyənləşdirilməsinə müdaxilə edilməyəcək, qiymətlər tələb və təklif əsasında müəyyən olunacaq. Bank, bazarda həddindən artıq dalğalanmaların və "qara bazar"ın yaranmasının qarşısının alınmasına nəzarət edəcək. Valyuta məzənnəsindəki hədsiz artımın qarşısının alınması üçün xalqdan “yastıq altındakı” pullarını banklara gətirmələrini istəyən İran Mərkəz Bankının rəhbəri Əbdünnasir Hümməti bu məsələdə Türkiyəni nümunə göstərib. Əbdünnasir Hümməti dövlət televiziyasına açıqlamasında deyib ki, sabit valyuta məzənnəsi sistemindən imtina edilərək nəzarət edilən dalğalı məzənnə rejiminə keçiləcək: “Bu tətbiqi həyata keçirmək üçün xalqdan dövlətə yardım etməsini istəyirik. Amerika Birləşmiş Ştatları ilə iqtisadi müharibə ilə qarşı-qarşıyayıq. Dövlətimiz vətəndaşların rahat yaşaması üçün bütün beynəlxalq təzyiqlərə qarşı dirənir. Xalqımız da dövlətinə yardımçı olmalı və yastıq altında saxladığı valyutanı banklara qoymalıdır. Baxın, Türkiyə belə vəziyyətlə qarşılaşdığı zaman xalq necə davrandı, dollarlarını yandırdı belə". Qeyd edək ki, İranın əmək naziri Əli Rəbii deyib ki, embarqolara görə təqribən 1 milyon nəfər işsiz qala bilər. ABŞ-ın sanksiyalarının ölkəsinə ciddi maliyyə zərbəsi olacağını da vurğulayıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info