“Rusiya Ermənistanın fəaliyyətinə daha sərt reaksiya verməlidir”
Tarix: 08.08.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Dmitri Verxoturov: “Paşinyan KTMT-ni çətin vəziyyətdə qoyub və bu insident Moskva üçün ciddi siqnal olmalıdır”

“Ermənistan rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı sərt bəyanatlarından sonra Rusiyanın bir açıqlama verməsi kifayət deyil”. Bunu “Trend”ə rusiyalı ekspert və ictimai xadim Dmitri Verxoturov Ermənistanda baş verən son hadisələri və Rusiya XİN rəhbəri Sergey Lavrovun bu barədə bəyanatını şərh edərkən deyib. Ekspertin fikrincə, Ermənistanın kifayət qədər etibarlı müttəfiq olub-olmaması barədə sualı ortaya qoymağın vaxtı çatıb. Verxoturovun sözlərinə görə, Robert Koçaryan və digərlərinin həbsinin bilavasitə səbəbi hakimiyyət uğrunda, daha doğrusu Yerevanda hakimiyyətin möhkəmləndirilməsi uğrunda mübarizədir: “Nikol Paşinyan bu yolla ona gələcəkdə çətinliklər yarada biləcək siyasi rəqiblərini kənarlaşdırır. Bu da həbs olunan siyasətçilərin Rusiyayönümlü olması ilə üst-üstə düşüb və şübhəsiz ki, baş nazirin fəaliyyəti Rusiyaya qarşı da yönəlib. KTMT-nin hazırkı sədrinə qarşı cinayət işi bu təşkilatın nüfuzuna zərbə, qurumun rəhbərliyinin iflic olunmasıdır, bir sözlə dostluq addımı deyil. Əgər dinc vaxtda bu cür insidentlər baş verirsə, daha ciddi vəziyyətlərdə “öz müttəfiqimizdən” nələr gözləmək olar?”. Ekspertin fikrincə, N.Paşinyan KTMT-ni çətin vəziyyətdə qoyub və bu insident Moskva üçün ciddi siqnal olmalıdır.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18.10.2019
“Türkiyə hədəfinə çatdı“
18.10.2019
“Bizim müqavilənin bir xüsusiyyəti də ondan ibarətdir ki...“
18.10.2019
“Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır.”
18.10.2019
Bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info