“İnsanlar Qəbələ festivalına böyük maraq göstərir”
Tarix: 08.08.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Beynəlxalq Musiqi Festivalı turistlərin Qəbələyə marağını daha da artırıb

Qəbələ festivalına dəvət aldığıma görə təşkilatçılara minnətdarlığımı bildirirəm. İkinci gündür ki, bu gözəl şəhərdəyəm. İlk baxışdan da hiss olunur ki, festival çox yüksək səviyyədə təşkil olunub. İnsanlar festivala böyük maraq göstərir. Bura dünyanın hər yerindən insanlar gəlir. Festivalın proqramı çox zəngin və rəngarəngdir. Bildiyimə görə, festivalın əvvəlki günlərində burada tanınmış musiqi kollektivləri, ifaçılar çıxış ediblər, müxtəlif janrlı musiqilər ifa olunub. Şadam ki, dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin konsertlərindən birini idarə etmək dirijor kimi mənə həvalə edilib”. Bu sözləri AZƏRTAC-a müsahibəsində X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, rusiyalı dirijor Mixail Xoxlov deyib. Festivalın yüksək səviyyədə keçməsində bu möhtəşəm musiqi layihəsinin təşkilatçısı olan Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayan rusiyalı dirijor mədəniyyətin qorunması və inkişafına, müxtəlif ölkələr, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə göstərdiyi dəstəyə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib. Qeyd edək ki, Qəbələyə gedən turistlər həm gözəl təbiət qoynunda dincəlir, həm də X Qəbələ Beynəlxalq Musiqi Festivalından böyük zövq alırlar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən ənənəvi beynəlxalq musiqi festivalına müxtəlif ölkələrdən məşhur kollektivlər və musiqiçilər, eləcə də Azərbaycanın tanınmış sənətçiləri qatılıblar. İsti yay günlərində keçirilən bu festival turistlər üçün gözəl fürsətdir. Festival musiqisevərlərlə yanaşı, turistlərin də zövqünü oxşayır. Onlar festival çərçivəsində təşkil olunan fan-zonalarda əylənir, zövqlü musiqiyə qulaq asırlar. Turistləri özünə cəlb edən Qəbələnin füsunkar təbiəti də göz oxşayır. Buraya gələnlər Tufandağa baş çəkməmiş ölkələrinə qayıtmırlar. Tufandağda kanata minən turistlər şəhərin gözəlliyinə valeh olduqlarını deyirlər. Ukraynalı turistlər Aleksandr Makarov və Yekaterina Korastya Qəbələyə elə Tufandağın sorağı ilə gəliblər. Hər ikisi yüksək dağlardan paraşütlə tullanmağı sevir və illərdir məşğul olduqları bu idman növünün peşəkarlarına çevriliblər. Tufandağda kanata minmək üçün növbədə dayanan xeyli sayda turist var. Dağlıq ərazidə istirahət üçün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə isə xizəklə sürüşməyi, bu idman növünün təlimi, xizəkçilik məktəbi, uşaqların istirahətinin təşkili və digər xidmətləri təklif edir. İl ərzində istirahət mərkəzlərinə və otellərə edilən sifarişlərin çoxluğu isə onu göstərir ki, turistlərin Qəbələyə böyük marağı var. X Qəbələ Beynəlxalq Musiqi Festivalı isə bu marağı daha da artırır. Bir sözlə, bu yay Qəbələyə gələn çoxsaylı turistlər təbiət qoynunda dincəlməklə yanaşı, həm də zövqlü musiqi dinləmək imkanı qazanıblar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.12.2019
“Nəsimi” baleti Türkiyə səhnəsini fəth etdi
14.12.2019
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
13.12.2019
Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”nun premyerası olacaq
12.12.2019
Nəsimi və Quran
11.12.2019
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info