Yaponiya yay vaxtını iki saat irəli çəkə bilər
Tarix: 08.08.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Yaponiya hökuməti Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı yay vaxtına keçmək barədə imkanları araşdırır.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Oyunlar zamanı yay vaxtının iki saat irəli çəkilməsi nəzərdə tutulur. Hakimiyyət orqanları bununla Tokiodakı istilərin açıq havada çıxış edəcək idmançılar üçün yarada biləcəyi ciddi problemlərin qarşısını almağa çalışır.
Məlumatda qeyd edilir ki, bu barədə hələlik yekun qərar qəbul edilməyib. Belə ki, hakim Liberal Demokratik Partiyanın və hökumətin bəzi üzvləri bunun iqtisadi və sosial baxımdan problemlər yarada biləcəyini söyləyirlər.
Xatırladaq ki, Yaponiya 60 il bundan əvvəl yay vaxtına keçiddən imtina edib. Lakin cari ildə paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın bütün ərazisində anomal istilər qeydə alınıb. May ayından başlayaraq bütün ölkə ərazisində 70 mindən çox insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlarla həlak olan var.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
“S-400“ün ikinci batareya materiallarının da təslimi tamamlandı
15.09.2019
Türkiyə Özbəkistanı dəstəkləyir
15.09.2019
Türkiyə və dünya ölkələri “Saudi Aramco”ya olan hücumu qınayıblar
15.09.2019
“Sarı jiletlilər” nümayişlərin 44-cü həftəsində yenə hökumətə qarşı etiraza çıxdılar
15.09.2019
Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info