Bilik Fondu ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi əməkdaşlıq edəcəklər
Tarix: 08.08.2018 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Müasir dövrdə əhalinin psixoloji maarifləndirilməsi, insanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi və psixoloji sağlamlığının təmin edilməsi ilə bağlı intellektual-maarifçi fəaliyyətin həyata keçirilməsi, əhaliyə kompleks psixoloji, psixopedaqoji, loqopedik xidmət göstərilməsi maarifləndirici tədbirlərin təşkili ilə sağlam həyat tərzini təbliğ edən bir sıra qurumların birgə fəaliyyətini tələb edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Mərkəzin “Gənclik” filialında keçirilmiş tədbirdə Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Fondun və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbirdə Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində əhalinin psixoloji maarifləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bilik Fondunun icraçı direktoru O.Səmədov bildirib ki, hər iki qurum ölkə əhalisinin humanitar biliklərinin artırılması və psixoloji maarifləndirilməsi məqsədi ilə təşkilati və təbliğat xarakterli birgə tədbirlər həyata keçirmək, alim, tədqiqatçı və mütəxəssisləri intellektual-maarifçi fəaliyyətə cəlb etmək, inkişaf etmiş ölkələrin bu sahədə əldə etdikləri nailiyyətlərlə tanış etmək, əhaliyə psixoloji, psixopedaqoji və loqopedik xidmətlər sahəsində aktual problemlərin tədqiqi və təhlili ilə bağlı birgə elmi-praktik konfranslar, seminarlar, dəyirmi masalar, diskussiya və disputlar keçirmək niyyətindədirlər.
Mərkəzin rəhbəri T.Məmmədova əhalinin psixoloji maarifləndirilməsi və psixoloji sağlamlığının təmin edilməsi ilə bağlı materialların hazırlanıb dövri mətbuatda və sosial şəbəkələrdə yayılmasında, sosioloji sorğuların keçirilməsi və təhlillərin aparılmasında, psixoloq, psixopedaqoq, loqoped və psixoterapevtlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsində, ali məktəb tələbələri, gənc psixoloqlar, məktəb psixoloqları, səhiyyə və təhsil işçiləri üçün aktual mövzularda seminar və konfransların təşkilində, psixoloji dəstəyə ehtiyacı olan imkansız ailələr üçün xeyriyyə tədbirlərinin keçirilməsində birgə fəaliyyətin faydalı olacağına əmin olduğunu bildirib.
Fondun bölgələrdə fəaliyyət göstərən Bilik Evləri ilə Mərkəzin paytaxt və rayon filialları arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi xüsusi olaraq qeyd edilib. Bildirilib ki, hər iki qurumun birgə fəaliyyəti nəticəsində müvafiq mövzularda çap materialları hazırlanacaq, maarifləndirici vərəqə, broşürlər, analitik materiallar və bukletlər əhali, o cümlədən xüsusi qruplar (şagirdlər, tələbələr, valideynlər, müəllimlər, psixoloqlar, reproduktiv yaşda olan qadınlar, psixoloji yardıma ehtiyacı olan pasiyentlər və s.) arasında paylanacaq.
Tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının hazırlanması və sentyabr ayından icrasına başlanılması barədə razılığa gəliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info