BMT-yə müraciət ediləcək
Tarix: 20.06.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


İşğal olunmuş ərazilərdəki narkotəsərrüfatla bağlı

Bakıda 20 İyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən tədbir keçirilib. Tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Daq Siqurdson, deputatlar, ekspertlər, müxtəlif münaqişə bölgələrindən olan və Azərbaycanda yaşayan qaçqınlar iştirak ediblər.
Tədbirdə çıxış edən D. Siqurdson əsasən Suriya böhranına toxunub. O bildirib ki, hazırda Suriya böhranına görə qaçqın və məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddə çatıb. Əli Həsənov isə çıxışında qeyd edib ki, BMT Ümumdünya Qaçqınlar Gününü keçirməklə dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, bu problem dözülməz bir problemdir: “Azərbaycanda hazırda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Yəni ölkəmizin əhalisinin sayı artdıqca ona nisbətdə qaçqın və məcburi köçkünlərimizin də sayı artır. Azərbaycan dövləti bu gün qaçqın və məcburi köçkünlərinin sosial təminatını yaxşılaşdırır. Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlərin 151 min nəfəri mənzillərə köçürülüb. Bu proses sülh bərqərar olunana qədər davam edəcək. Müharibə vaxtı Azərbaycana dəymiş ziyan hesablanır və bu proses başa çatmaq üzrədir. Ermənistan bilməlidir ki, beynəlxalq qiymətləndirmə başa çatdıqdan sonra Azərbaycan bunu ondan tələb edəcək. Bu təzminatı erməni xalqı ödəməlidir. Bu məsələ onları ciddi düşündürməlidir”. Ə.Həsənov bildirdi ki, Azərbaycanın həmişə deyildiyi kimi, 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkünü var: “1 milyon rəqəmi 1992-93-cü illərin statistikasıdır, ötən 20 il ərzində ölkə əhalisinin təbii artımının 100:1 faizə nisbətinə əsasən qaçqın və köçkünlərin sayı da artıb. Yəni, dünyada hər 135 nəfərdən biri qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqındır. Bizim problem çox ağırdır. Əgər 2003-cü ildə köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, bu gün bu rəqəm 15 faizdir. Azərbaycanda təkcə ötən il hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. Bu, dünyanın bütün konfliktli zonalarında ən yüksək rəqəmdir”.
Ə.Həsənov bildirdi ki, əgər indiki vəziyyətdə dünyanın ən böyük 8 ölkəsinin liderləri yığışıb dünyanın qlobal problemlərini müzakirə edərkən, onun həll yollarını axtararkən Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirirlərsə, onlar arasında həmsədr ölkələrin - Rusiya, ABŞ və Fransa prezidentləri bununla bağlı bəyanat qəbul edirlərsə, bu, bir daha onu göstərir ki, bu münaqişə dünya üçün bir problemdir: “Azərbaycan Prezidenti də bunu dəfələrlə qeyd edib. “G-8” sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan Prezidentinin dediklərinin təsdiqidir. Həmsədr ölkələrin rəhbərləri artıq dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi qısa müddətə həll olmasa, həqiqətən, dünyəvi fəlakətə çevriləcək. Mən hələ o ərazinin narkotəsərrüfata çevrilməsindən danışmıram. Ora əfqan narkotikinin beynəlxalq tranzit marşrutuna çevrilib. Orada elə həmin narkotik hesabına terror qrupları yetişdirilir və dünyanın müxtəlif bölgələrinə göndərilir. Bunu dərk edən dövlətlər artıq görürlər ki, bu hal getdikcə onların özləri üçün də fəlakətə çevrilə bilər. Biz BMT-nin bununla (narkotik) məşğul olan Vyana ofisinə yenə müraciət göndərməyi planlaşdırırıq və hesab edirik ki, problemə artıq ciddi diqqət yetirəcəklər. Müraciət edəcəyik ki, Dağlıq Qarabağda, işğal olunmuş bütün torpaqlarımızda monitorinqlər aparılsın, bu məsələ BMT-nin sənədlərində öz əksini tapsın ”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info