Tibb üçün yumşaq robot hörümçək yaradılıb
Tarix: 08.08.2018 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Harvard Universitetinin tədqiqatçılar qrupu 1 santimetr ölçüdə mikrometrik xüsusiyyətli yumşaq robotlar ərsəyə gətirməyə imkan verən kompleks proses hazırlayıblar. Yeni texnologiyanın imkanlarının nümayiş etdirilməsi üçün alimlər Avstraliyanın tovuzquşu hörümçəyidən (Maratus volans) ilhamlanaraq robotlaşdırılmış yumşaq hörümçək düzəldiblər.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, tədqiqatçılar qrupu tərəfindən birlikdə yumşaq hörümçək materialının əsasını təşkil edən 12 qat elastik silikonun yaradılması üçün "MORPH" (Microfluidic Origami for Reconfigurable Pneumatic/Hydraulic) texnologiyasından istifadə edilib.
Məlumata görə, hər qat lazer mikroemal metodu ilə şablon üzrə kəsildikdən sonra hamısı üçölçülü yumşaq hörümçək strukturunda birləşdirilib. Bu aralıq strukturunun hazır konstruksiyaya çevrilməsi üçün açar qismində hər ayrı qata inteqrasiya edilən içiboş mikromaye kanallar şəbəkəsi çıxış edir. Kanallar şəbəkəsi elə işləyir ki, material bərkiyən zaman boşluqda qeydə alınan həm ayrı-ayrı qatlar, həm də onlarla birləşənlər lokal şəkildə son konfiqurasiyaya bükülürlər. Beləliklə, yumşaq hörümçəyin dəyirmi qarnı və onun ayaqlarının azalan bükülmələri daimi olur.
Mütəxəssislərin sözlərinə görə, "MORPH" tədqiqatçılar qarşısında tibb üçün nəzərdə tutulan yeni yumşaq robot texnikası sahəsi aça bilər. Bu robotların ölçüləri və elastikliyi endoskopiya və mikrocərrahiyyə üçün tapıntı olacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info