Volvaç: “Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır”
Tarix: 08.08.2018 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır. Vergiler.az saytının məlumatına görə, bu sözləri Rusiya Federasiyasının Federal Vergi Xidmətinin (FVX) beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaç deyib. O bildirib: “Biz Rusiya Federasiyasında onlayn kassa sistemlərinin yaradılması, iri vergiödəyicilərinin gəlirlərinə nəzarətin təmin olunması və bu məlumatlardan vergi inzibatçılığında necə istifadə edilməsi ilə bağlı təcrübəmizi bölüşməyə hazırıq. Azərbaycanda əlavə dəyər vergisinin elektron inzibatçılığı və elektron dövlət qeydiyyatı sahələrində təcrübəsi daha genişdir. Bu baxımdan təcrübə mübadiləsi sahəsində hər iki tərəfi maraqlandıran məsələlər var”. D.Volvaç ölkələr arasında informasiya mübadiləsinin də böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. “Biz bu prosesi yüksək səviyyədə qurmağa çalışırıq ki, ölkələrimizin vergi orqanları nəzarət tədbirlərini vergiödəyicilərini daha az narahat etməklə müəyyənləşdirilmiş müddətlərdə həyata keçirə bilsinlər”, - deyə Rusiya Vergi Xidmətinin rəsmisi vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info