“Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
Tarix: 08.08.2018 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının 2018-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş iclası keçirilib. İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva gündəlikdə duran məsələləri iclas iştirakçılarının nəzərinə çatdıraraq qeyd etdi ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır. Azərbaycanın inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların müstəsna rolu olmuşdur. Bu gün cəmiyyətdə fəal mövqe tutan qadınlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ayrı-ayrı sosial qrupların deyil, bütövlükdə bütün cəmiyyət üzvlərinin həyatında müsbət dəyişikliklərə səbəb olmuşdur. Dövlət siyasətinin prioritet istiqaməti insanların həyat şəraitini yaxşılaşdırmaqdan, daha yüksək yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Afət İbrahimova Qadınlar Şurasının 2018-ci ilin I yarımilliyinin yekunlarına dair hesabat məruzəsində qeyd etdi ki,hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar. Daha sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının şura üzvü Arzu Cahangirova nitqində bildirdi ki, 700 yüz mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının gələcək nəsillərə çatdırılması naminə mübarizə aparır. Bu işdə qadınlar xüsusi rola malikdirlər və Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsinin zəruriliyini tam mənada başa düşür, bu istiqamətdə ürəklə çalışırlar. Yekunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ulu Öndər Heydər Əliyevin Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-siyasi həyatda fəal iştirakına böyük önəm verdiyinə nəzər salaraq qeyd etmişdir ki, bu siyasət həm də xalqımızın gələcəyinə qayğının, uzaqgörənliyin bir nümunəsidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, hazırda 700 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar 40 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə tədbirlərin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var. Bu gün ölkə təhsilində və iqtisadiyyatında çalışanların təxminən yarısı - dörd milyona qədəri qadınlardır. Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının bariz göstəricisidir. Sonda sədr bütün qadınlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edildi.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info