Lənkəranda xalçaçılıq kursu təşkil edilib
Tarix: 08.08.2018 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə tədris-hazırlıq kursu təşkil olunub.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, qurumun İdarə Heyətinin sədri, professor Vidadi Muradov Lənkəran şəhərində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən toxucularla görüşüb.
Məlumat verilib ki, tədris-hazırlıq kursu lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 80 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Lənkəran şəhərindən deyil, şəhərə yaxın kəndlərdən də müraciətlər vardır.
Tədris-hazırlıq kurslarının əhəmiyyətindən danışan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib. Qeyd edilib ki, bu il yaradılan bütün filialların fəaliyyətinin təmin olunması üçün belə kurslar keçirilir. Ölkəmizin 10 bölgəsində təşkil olunan kurslarda, hələlik 1000-ə yaxın qadın toxuculuğun sirlərinə yiyələnir. Bu kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən 1500 toxucu Cəmiyyətin filiallarında işlə təmin ediləcəkdir.
Lənkəranda inşa olunan xalça istehsalı emalatxanasının qısa zaman ərzində istifadəyə veriləcəyini vurğulayan Vidadi Muradov tədris-hazırlıq kursunda iştirak edənlərin həmin emalatxanada peşəkar toxucular kimi fəaliyyət göstərəcəklərinə, keyfiyyətli xalçalar toxuyacaqlarına əminliyini ifadə edib.
Bildirilib ki, gələcəkdə Lənkərandakı xalça emalatxanasında xovlu xalçalarla yanaşı, xovsuz xalçalar da toxunacaqdır. Dövlət başçımızın böyük uzaqgörənliklə yaratdığı Lənkəran xalça istehsalı emalatxanası həm də bu bölgədə xalçaçılıq ənənələrinin yaşadılmasına və inkişafına şərait yaradacaq.
Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Azərxalça”nın Lənkəran filialı üçün bina tikilir. Lənkəran şəhərində yaradılan xalça istehsalı emalatxanasında 150 toxucu çalışacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25.06.2019
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info