ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub
Tarix: 08.08.2018 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Səidə Haqverdi: “Mənim üçün sənət həmişə həyatımın böyük hissəsi olub”

ABŞ-ın “Voyagehouston.com” saytında bu ölkədə yaşayan rəssamımız Səidə Haqverdinin (Saida Fagala-Hag) müsahibəsi dərc olunub (voyagehouston.com/interview/meet-saida-fagala-hag/). “Saida Fagala-Hagla görüş” başlıqlı müsahibdə jurnalist rəssamı oxuculara tanıtmaq üçün “Hər sənətçinin unikal bir hekayəsi var, sizinki nədir?”, deyə sual verib. Cavab olaraq isə Səidə Haqverdi deyib: “Gözəlliyi hər yerdə görürəm: səma, heyvanlar, bitkilər, insanlar, bizim planetimiz və kainat- ətrafımızda hər yerdə gözəllik var! Mən rəssam ailəsində böyümüşəm, atam Həsən Haqverdiyev və iki qardaşım da rəssam olublar. Bizim üçün sənət həmişə həyatımızın böyük hissəsi idi. Atam zarafat edirdi ki, mən şəkilləri çəkməyə və danışmağa eyni zamanda başlamışam. 5-ci mərtəbədə atamın emalatxanasında çox vaxt keçirirdim. Rəssamlar üçün tikilmiş bir binada yaşayırdıq, mən və uşaqlıq dostlarım hər zaman şəkil çəkirdik: çox maraqlı uşaqlıq idi. Uşaqlıq vaxtında mənim təsvirlərim ənənəvi geyimlər və azərbaycanlı qadınlar idi. O vaxtlar zəngin rənglərlə mürəkkəb kompozisiyaları çəkməyi sevdirdim. Bir sənətçi olmaq istədiyimi bilirdim. 1977-ci ildə Bakı İncəsənət Kollecini, 1983-cü ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdim. 1987-1989-cu illərdə Bakıda keramika rəssamı kimi fəaliyyət göstərmişəm. 1990-cı ildə Rəssamlar İttifaqının üzvü oldum və mənim əsərlərim Azərbaycan, Rusiya, Türkiyə və Almaniyada nümayiş olundu. Mənim keramik işlərim Nizami Muzeyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınıb. 1987-ci ildə Moskvadakı Şərq Xalqlarının Muzeyi mənim bir neçə əsərlərimi alıb”. 
Səidə Haqverdi müsahibədə öz sənəti haqqında da məlumat verib: “Mənim ilk keramika islərim çox strukturlaşdırılmış və məhdud idi, əsasən mavi kobalt və ağ rəngləri istifadə edirdim; təbiətdən, insanlardan və bizim mədəniyyətdən ilham alirdım. Əlbəttə, hər keramika sənətçisi kimi kasaları, fincan və başqa qabları hazırlamağı sevdirdim. Hər bir işin bir unikal hekayəsi var. Ən sevimli materialım çini qabdır (porcelain). Sadə texnikam və ağ rəng əsərləri bəzəyirlər. Mənim keramik əsərlərim qadınların portrerləri və rəqəmləri əhatə edir. Uzun müddət mənim rənglərim ancaq ağ çini və mavi kobalt olublar. Sonra isə daha çox təbii formaları və rəngləri istifadə etməyə başladım, xüsusilə terracotta gili mənim ən sevimli materialım oldu”.
Rəssamımız özünün yeni başladığı böyük kompozisiya haqda da danışıb: “Adı belədir: “Möhtəşəm okean”. Bu layihə üçün yalnız gillə işləmək kifayət deyil. Mənə başqa material lazımdır. Ona görə də metal tel tapdım. Mən telin elastikliyini və yumuşaqlığını sevirəm. Həssas mərcan görünüşünü yaratmağa kömək edir. Bu layihə üzərində iki ildir işləyirəm və İnşallah, tezliklə bitirib nümayiş edəcəm”.
O, müsahibdə rəssamların problemlərinə də toxunub: “Sənətçi intizamlı olmalıdır. Mən tam zaman işləyirəm. Ona görə də vaxt tapmaq asan deyil. Peşəkar sənətçilərin həssas olduğunu düşünürəm. Əsas problem: yaratmaq, təşviq etmək, satmaqdır. Onlar tərəfdaşlar tərəfindən başa düşülməlidir və dəstəklənməlidir”.
Xatırladaq ki, Səidə Haqverdi 1998-ci ildə ABŞ-a köçüb və 1999-cu ildə Art-4 All İncəsənət məktəbində işə başlayıb. Eyni zamanda yerli incəsənət qalereyalarında öz keramik işlərini göstərib. 2000-ci ildə Hyustona ailəsilə köçüb və keramika rəssamı kimi işini davam etdirib. 2000-ci ildə Texas Clay Assosiasiyasına və Hyuston Clay Rəssamlar dərnəyinə üzvü olub. Həmin il də İncəsənət məktəbində müəllim kimi işə başlayıb. 2001-2007-ci illərdə Anya Tiş Qalereyasında və Houston Mərkəzi Müasir Sənət Mərkəzində (HCCC) Aşer Gallery-də əsərləri sərgilənib. Rus Mədəniyyət Mərkəzində və Foelber Qalereyasında da bir neçə sərgi keçirib. Son zamanlar Post Oak məktəbində İncəsənət ixtisası üzrə dərslər deyir, həmçinin öz studiyasında çalışır. Bununla yanaşı, Səidə Haqverdi aktiv diaspor fəaliyyəti də göstərir. O, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (HBQŞA) Mədəniyyət şöbəsinin rəhbərdir. Səidə Haqverdi HBQŞA sədri İradə Axundovala çiyin-çiyinə çalışaraq Azərbaycan mədəniyyətini tanıtmaq üçün saysız əhəmiyyətli layihələr həyata keçiriblər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info