Diplomatik qalmaqal böyüyür: Kanadanın milyardlarla dollarlıq müqavilələri təhlükədə
Tarix: 09.08.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Ər-Riyad Kanada ilə bütün ticarət investisiyaları və tranzaksiyaları dondurmaq barədə qərar qəbul edib

Səudiyyə Ərəbistanı ilə Kanada arasında yaranan gərginlik səngimək bilmir. Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkəti avqustun 13-dən etibarən Kanadanın Toronto şəhərinə uçuşları dayandıracaq. Bu barədə Səudiyyə Ərəbistanı Hava Yolları şirkətinin rəsmi açıqlamasında qeyd olunub. Bildirilib ki, əvvəlcədən alınmış biletlərin qaytarılması və təxirə salınmasında heç bir məhdudiyyət olmayacaq. Torontoya getmək istəyən sərnişinlər üçün alternativ yolların tapılacağı qeyd edilib. Səudiyyə Ərəbistanı Kanada ilə bütün müştərək təhsil proqramlarının dayandıracağını və bu ölkədə təhsil alan səudiyyəli tələbələrin digər ölkələrə köçürüləcəklərini də bəyan edib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Kanadadakı səfirini geri çağırmış və bu ölkənin Ər-Riyaddakı səfirini arzuolunmaz şəxs elan edərək ona Krallıqdan çıxması üçün vaxt vermişdi. Səudiyyə Ərəbistanı Kanada ilə bütün yeni ticarət investisiyalarını və tranzaksiyalarını dondurmaq barədə qərar da qəbul edib. Həmçinin bu ölkə Kanada ilə gələcək münasibətlərə dair addımlar atmaq hüququnu özündə saxladığını açıqlayıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığı bu addımları Kanada xarici işlər naziri Xristiya Friland bu ölkədə qadın hüquqları uğrunda mübarizə aparan fəalların həbs edilməsindən son dərəcə narahat olduğunu bildirərək, onların azad edilməsinə çağırış etməsindən sonra atıb. Ər-Riyad bu bəyanatı Krallığın daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Səudiyyə Ərəbistanı qadınların avtomobil sürməsi qadağasını aradan qaldırıb. Səudiyyə Ərəbistanı dünyada belə bir qadağanın mövcud olduğu yeganə ölkə idi. İndiyədək səudiyyəli qadınlar hərəkət etmək üçün taksi xidmətlərinə və ya kişi qohumlarına arxalanırdı. İyun ayının əvvəli Səudiyyə Ərəbistanı hökuməti Britaniya, Livan, Kanada daxil olmaqla, daha öncə digər ölkələrdən sürücülük vəsiqəsi alan qadınlara sadə testdən sonra sürücülük vəsiqəsi verməyə başlayıb. Saxlananlar arasında bloqqer Raif Bədavinin bacısı Samar da var. Bədavi “Səudiyyə Ərəbistanı Liberalları” saytının yaradıcısıdır. O, daha öncə islam dinini tənqid etdiyinə görə 10 illik həbsə məhkum edilib. Bədavinin həyat yoldaşı Kanadada siyasi sığınacaq alıb və Kanada vətəndaşı olub. Ottava Ər-Riyadı fəalın vətəndaşlığını ləğv etməyə, onu Kanadaya deportasiya etməyə çağırıb. Kanada xam neftinin 10 faizini Səudiyyə ərəbistanından alır. İki ölkə arasında illik ticarət 3 milyard dollar təşkil edir. Münasibətlərin bu həddə çatması Kanada ilə imzalanan milyardlarla dollarlıq müqavilələrin taleyini zərbə altında qoyub. Belə getsə, Kanada milyardlarla dollar itirəcək.
Kandanın xarici İşlər naziri Xristiya Friland Səudiyyə Ərəbistanı ilə ölkəsi arasında gərginləşən diplomatik əlaqələrə dair yazılı açıqlama verib. Açıqlamada deyilir ki, ölkəsi Səudiyyə Ərəbistanının Kanada səfirini qovması ilə bağlı dərin narahatlıq hissi keçirir: “Kanada qadın haqları və dünya miqyasında söz azadlığı da daxil olmaqla insan haqlarının qorunması üçün hər zaman səsini ucaldacaq”. ABŞ Dövlət Departamenti də məsələyə münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Heather Nauert Səudiyyə Ərəbistanının Kanadanın Ər-Riyaddakı səfirini arzuolunmaz şəxs elan etməsi və bu ölkə ilə ticari əlaqələrini dondurduğunu bildirməsi ilə davam edən böhranla əlaqədar iki hökumətə müraciət edib: “İki hökuməti də problemləri həll etməyə dəvət edirik. Bu, diplomatik problemdir. Səudiyyə Ərəbistanı və Kanada problemləri birlikdə həll edə bilərlər. Səudiyyə hökumətinə hüquqi proseslərlə bağlı məlumatları ictimaiyyətlə bölüşməyi təklif edirik".

Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info