Türkiyə ilə ABŞ arasında telefon diplomatiyası
Tarix: 09.08.2018 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Türkiyəli nazir: “Sanksiyalara baxmayaraq İrandan qaz almaqda davam edəcəyik”

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə ABŞ müdafiə naziri Ceyms Mattis arasında telefon danışığı oldu. Anadolu Agentliyinin yadığı xəbərə görə, Hulusi Akar və Ceyms Mattis telefon görüşündə müdafiə sahəsində ikitərəfli əlaqələr, Suriya və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Daha sonra Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Telefon görüşündə ABŞ -Türkiyə münasibətlərindəki mövcud problemlərin həlli məsələsi müzakirə olunub. Çavuşoğlu Sinqapurda keçirilən 51-ci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) xarici işlər nazirləri toplantısı çərçivəsində Pompeo ilə avqustun 3-də görüşmüşdü. Türkiyəli nazir görüşdən sonra verdiyi açıqlamada problemlərin həll edilməsi üçün bundan sonrakı prosesdə də yaxın əməkdaşlıq məsələsində razılıq əldə etdiklərini dilə gətirmişdi.
Pompeo isə FETÖ və separatçı terror təşkilatı PKK ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən və ev həbsində saxlanılan amerikalı rahib Endryu Kreyq Branson məsələsindəki gərginliyə baxmayaraq, ABŞ və Türkiyənin dəyərli tərəfdaşlar olduğunu bildirmişdi.
Bu arada, ABŞ ilə Türkiyə arasındakı problemlərin həlli məsələsini müzakirə etmək üçün Türkiyədən nümayəndə heyəti ABŞ-a gedib. Nümayəndə heyətinə Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal sədrlik edir. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz isə dünən elan edib ki, Türkiyə ABŞ-ın sanksiyalarına baxmayaraq İran qazını əvvəlki kimi almaqda davam edəcək. O bildirib ki, Türkiyə üçün vacib məsələ enerji təhlükəsizliyidir: “Bizim İranla 2026-cı ilədək qaz müqaviləmiz var. Bu müqavilə əsasında biz ildə 9,5 milyard kubmetr qaz alırıq. Bizim vətəndaşlarımızı soyuqda və elektriksiz saxlamaq niyyətimiz olmadığı üçün bu müqavilənin icrası davam etdiriləcək”. Nazir əlavə edib ki, ABŞ İrana qarşı sanksiya qərarı birtərəflidir, Türkiyə isə qanuni ticarətlə məşğuldur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info