HƏMAS təşkilatı İsraillə 5 illik atəşkəsə razılıq verib
Tarix: 09.08.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Fələstinin əsas siyasi qüvvələrindən biri olan və Qəzza sektorunda faktiki olaraq administrativ idarəetməni həyata keçirən HƏMAS təşkilatı sahilyanı anklavin blokadasının azaldılması və əsirlərin dəyişdirilməsi məsələsinin həlli müqabilində İsraillə 5 il müddətinə atəşkəs sazişi imzalamağa razılıq verib. TASS xəbər verir ki, hərəkat yaxın vaxtlarda bu qərar barədə Misir hökumətini və BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi əlaqələndiricisi Nikolay Mladenovu məlumatlandırmaq niyyətindədir. Mənbənin verdiyi məlumata görə, atəşkəs haqqında saziş sektorun inkişafı üçün lazımi məhsulların daxil olması üçün Misirlə sərhəddə yerləşən “Rəfah” buraxılış məntəqəsinin açılmasını, həmçinin balıq ovu üçün sahil zonasının 12 dəniz milinədək genişləndirilməsini nəzərdə tutur. HƏMAS hərəkatının siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin başçılıq etdiyi nümayəndə heyətinin Qahirəyə səfər edəcəyi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info