Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edib
Tarix: 21.06.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu davam edir. Növbəti belə qəbul vergilər naziri Fazil Məmmədov tərəfindən iyunun 20-də bu qurumun Lənkəran şəhərindəki 6 saylı ərazi idarəsinin binasında reallaşıb. Nazir Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından 100-dən çox vətəndaşı qəbul edərək, onların müraciətlərini dinləyib.
Qəbula gələnlər vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı Fazil Məmmədova müraciət edərək, vergi qanunvericiliyi sahəsində bir sıra dəyişikliklər edilməsinə dair təkliflər veriblər. Qəbul zamanı nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həll edilməsi, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həllini tapıb. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info