Ədəbiyyat İnstitutunda ali məktəblərdən birinin baza kafedrası təşkil ediləcək
Tarix: 21.06.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın iclası keçirilib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən “Palitra”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun yeni təyin olunmuş direktor vəzifəsini icra edən, akademik İsa Həbibbəyli ona göstərilən yüksək etimada görə ölkə Prezidenti İlham Əliyevə və AMEA prezidenti akademik Akif Əlizadəyə minnətdarlığını bildirib, ona göstərilən etimadı məsuliyyətli işi ilə doğruldacağını ifadə edib.
Yeni vəzifəyə təyin olunmuş akademik İsa Həbibbəyli institutun kollektivi qarşısında "Nizami adına Ədəbiyyat İnstitutu: ənənələr, mövcud vəziyyət və vəzifələrimiz" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, AMEA-nın milli statusu ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib və bu, akademiyanın milli dövlətçilik və azərbaycançılıq maraqlarına xidmət etməsini ön mövqeyə çəkir. İ.Həbibbəyli bildirib ki, ədəbiyyatımız və ədəbiyyatşünaslıq elmi müstəqil dövlətimizin ideologiyasının, milli maraqlarının inkişafına öz töhfəsini verməlidir”.
Çıxışda ədəbiyyat tariximiz və müasir ədəbiyyatımız təhlil edilib dəyərləndirilərkən milli dövlətçilik maraqlarından və azərbaycançılıq baxımından yanaşmaların, dünya ədəbi prosesi ilə əlaqələr zamanı qarşılıqlı əməkdaşlığa əsaslanmağın əhəmiyyətinə ciddi fikir verilməsinin vacibliyi xüsusi nəzərə çatdırılıb. Elmlə təhsilin vəhdətindən söhbət açan alim Ədəbiyyat İnstitutunda ali məktəblərdən birinin müvafiq baza kafedrasını təşkil etməyi, burada innovativ təfəkkürlü, geniş dünyagörüşünə malik gənc kadrlar formalaşmağı vacib hesab edib.
İ.Həbibbəyli ədəbiyyatşünaslıq elminin inkişafında və təşkilində müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunmasının zəruriliyini diqqət mərkəzinə çəkib. Ədəbiyyatşünaslıq əsərlərinin beynəlxalq aləmdə təbliği sahəsində mövcud problemlərə toxunan akademik bu istiqamətdə müəyyən işlərin təşkili üçün beynəlxalq əlaqələrin məqsədyönlü və davamlı inkişafının önəmini də vurğulayıb. Ədəbiyyat İnstitutunun AMEA-nın digər elmi-tədqiqat institutları və Yazıçılar Birliyi ilə əlaqələrini genişləndirməyin əhəmiyyətindən söz açan İ.Həbibbəyli deyib: “Dünya təcrübəsi göstərir ki, qarşılıqlı davamlı əlaqələrin yaradılması dinamik inkişafın təminatıdır”.
İsa Həbibbəyli həmçinin, AMEA-nın yeni rəhbərliyinin apardığı islahatlara uyğun olaraq institutda həyata keçiriləcək struktur dəyişiklikləri, şöbələrin tərkibində sektorların təşkili, kadr islahatları, istedadlı gənclərin elmi araşdırmalara cəlb edilməsi, institutun elmi nəşrlərinin fəaliyyətinin yüksək səviyyədə təşkili, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərindən də danışıb.
Ədəbi tənqidin müstəqillik dövründə milli elmi-ədəbi və ictimai maraqlar müstəvisində yenidən təşkilinə ciddi ehtiyac olduğu da qeyd edilib.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Əliyar Səfərli, filologiya elmləri doktorları - Vaqif Arzumanlı, Nüşabə Araslı, Qəzənfər Paşayev və Teymur Əhmədov akademik İsa Həbibbəylinin yüksək təşkilatçılığı və məhsuldar elmi fəaliyyəti sayəsində institutun nüfuzunun və imkanlarının daha da artacağına ümidvar olduqlarını bildirib, təklif və tövsiyələrini irəli sürüblər.
İclasda institutun tərkibində yeni qurumların təşkili, müdafiə şurası və şöbələrin tərkibində dəyişikliklərin edilməsi, elmi nəşrlərin və saytın yenidən qurulması, institutun 80 illik yubileyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə edilib.
İclasa yekun vuran akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun alimlərini qarşıdan gələn prezident seçkilərində cəmiyyət həyatının bütün sahələri ilə birlikdə ölkəmizin elm siyasətini, milli ziyalılıq xəttini uğurla həyata keçirən Prezident İlham Əliyevə səs verməyə çağırıb.






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info