Ümumdünya Teatr Qurultayı Bakıda keçirilə bilər
Tarix: 21.06.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Muzey Mərkəzində "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihə əsasında hazırlanmış portalın təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev portalın Azərbaycan teatrının 140 illiyi münasibəti ilə hazırlandığını deyib: “Azərbaycan teatr sənətinin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında materialların hazırlanması, arxiv sənədlərinin toplanılması və bu portalda cəmlənməsinin özü də teatr sahəsinə göstərilən qayğının nəticəsidir. Əminəm ki, internet şəbəkəsi vasitəsilə teatr sahəsində olan yeniliklər ətraflı şəkildə dünyaya çatdırılacaq”. O qeyd edib ki, Azərbaycan 2014-cü ildə Ümumdünya Teatr Qurultayının Bakıda keçirilməsinə iddialıdır. Bu istiqamətdə Beynəlxalq Teatr İnstitutları və bu işlərlə məşğul olan konqres rəhbərləri ilə müvafiq yazışmalar aparırıq. Ə.Vəliyevin sözlərinə görə, qurultay çərçivəsində təxminən 500-ə yaxın teatr mütəxəssisinin Azərbaycana gəlməsi üçün işlər aparılır. Portalın təsisçisi Əməkdar incəsənət xadimi Tariyel Məmmədov layihə haqqında ətraflı məlumat verib: “İlk dəfə Azərbaycanda belə bir elektron baza yaradılıb. Məlumatlar proqram şəklində hazırlanıb”. T. Məmmədov gələcəkdə də belə layihələrin planlaşdırıldığını qeyd edib: “Əminəm ki, təkcə teatr sahəsində deyil, başqa mədəni sahələrdə də belə layihələr reallaşdırılacaq. Bu ilin sentyabr ayında isə Azərbaycan Bəstəkarlar İttifaqının yeni saytını təqdim edəcəyik




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
03.12.2020
Laçın rayonunun Hüsülü və Malıbəy kəndləri - VİDEO
03.12.2020
Laçın şəhərinin görüntüləri – VİDEO
02.12.2020
“Səndən mənə qardaş olmaz, sən ermənisən”... – VİDEO
02.12.2020
Laçının Qarıqışlaq kəndindən VİDEOgörüntü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info