Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər
Tarix: 10.08.2018 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanır

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti bitki sortlarının ekspertizası, sınağı, qeydiyyatı və mühafizəsi ilə məşğul olur. Dövlət Xidməti kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini, toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
Bunu müsahibəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov deyib. AZƏRTAC müsahibəni təqdim edir.
- Toxumçuluq sisteminin yenidən qurulması, innovativ texnologiyaların tətbiqi istiqamətində hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində bizim də qarşımızda vəzifələr qoyulub. Bunlardan biri də kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxum məhsullarına tələbatının daxili istehsal hesabına təmin olunmasıdır. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Bu gün toxumçuluq sisteminin yenidən qurulması, həmçinin innovativ texnologiyaların tətbiqi istiqamətində beynəlxalq təcrübədən istifadə etməklə mühüm tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycanda toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanır. Bu proqram təsdiq olunduqdan sonra toxumçuluq sektoru elmi yanaşma ilə innovasiya əsasında inkişaf etdiriləcək.
Eyni zamanda, Dövlət Xidmətin tabeliyində 1 Respublika və 12 Regional Toxum Sertifikatlaşdırma mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki) var. Bunların bir neçəsi artıq fəaliyyətə başlayıb. Laboratoriyaların 9-u müasir cihaz və avadanlıqlarla təchiz olunub, qalan 3 mərkəz (Bərdə, Şəki və Ucar) üçün isə laboratoriya avadanlıqlarının alınmasına başlanılıb. Ölkədə istehsal olunan və əkin üçün nəzərdə tutulan bütün növ toxumlar Toxum Sertifikatlaşdırma mərkəzlərində analiz ediləcək, keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxumlar sertifikatlaşdırılacaq. Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər. Bu hallar yolverilməzdir. Fermerlər sertifikatlı toxumlardan istifadə etməklə yüksək və keyfiyyətli məhsul əldə edə bilərlər.
- Toxum Fondunun yaradılması bu sahənin inkişafına necə təsir edəcək?
- Prezidentin müvafiq Sərəncamı ilə 2015-ci il martın 2-də Dövlət Toxum Fondu yaradılıb. Fondun Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında gücü saatda 5 ton olan toxumtəmizləmə qurğuları tikilir. Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçiriləcək və fermerlər yüksək kondisiyalı toxumlarla təmin ediləcək. Təbii ki, Fondun fəaliyyətə başlaması bu sahənin inkişafına təkan verəcək.
- Dövlət Sort-Sınaq məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində hansı tədbirlər həyata keçiriləcək?
- Dövlət Xidmətinin tabeliyində 1 kimya texnoloji laboratoriyası və 12 Dövlət Sort Sınaq məntəqələri (Zaqatala, Göyçay, İsmayıllı, Gədəbəy, Qazax, Qarabağ, Ağdam, Kürdəmir, Salyan, Lənkəran, Xaçmaz və Qusar) fəaliyyət göstərir. Dövlət Sort Sınaq məntəqələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, sort sınaq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsi, dövlət reyestrində qeydiyyata alınmamış sort və hibridlərin mövcud qanunvericiliyə uyğun olaraq istifadəsinin qadağan olunması, ümumiyyətlə bu sahənin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bir daha qeyd etmək istəyirəm ki, Dövlət Xidmətinin əsas hədəfi yerli istehsal hesabına ölkəni yüksək keyfiyyətli sertifikatlı toxumla təmin etməkdir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info