“Mançester Yunayted” “Lester Siti”nı ilk turda məğlub edib
Tarix: 11.08.2018 | Saat: 07:24:00 | E-mail | Çapa göndər


İngiltərə Premyer Liqasının birinci turuna “Mançester Yunayted” “Lester Siti” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “Old Starford" stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin start heyətində David De Xeya, Matio Darmian, Erik Beyli, Luka Şov, Viktor Lindelöf, Fred, Andreas Pereyra, Pol Pogba, Xuan Mata, Markus Recford və Aleksis Sancez yer alıblar.
"Lester Siti"nın ilk onbirliyində isə meydana Kasper Şmexel, Ves Morqan, Qari Maquayer, Ben Ciluel, Daniel Amarti, Andrien Silva, Ulfred Ndidi, Rikardo Pereyra, Ceyms Madison, Demerey Qrey və Keleci İxeanaco çıxıb.
Oyunda ilk dəqiqələrdə irəli atılan Joze Mourinyonun yetirmələri hesabı üçüncü dəqiqədə açıblar. Aleksis Sancezin cərimə meydançasında vurduğu zərbə "Lester Siti"nın müdafiəçisinin əlinə dəyib. Qarşılaşmanın baş hakimi Andre Marinerin "Lester Siti"nın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Pol Pogba şansını əldən verməyib - 1:0. Birinci hissənin qalan dəqiqələrindi hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Birinci hissə 1:0 hesabı ilə "Mançester Yunayted" klubun üstünlüyü ilə başa çatıb.
Matçın ikinci hissəsinin sonunda 82-ci dəqiqəsində "Mançester Siti" hesab arasındakı fərqi artırıb. Xuan Matanın ötürməsindən sonra Luka Şov fərqlənib - 2:0. Matçın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə "Lester Siti" hesabı minimuma endirib. Ceyms Vardi adını tabloya yazdırıb - 2:1 Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, "Mançester Yunayted" klubu ilk turda 2:1 hesabı ilə qələbə qazanıb.
bu komandalar bu günə kimi 126 dəfə qarşılaşıblar. Onların 63 oyununda qırmızı şeytanlar üstün olub. Otuz üç oyunda isə “Lester Siti” qalib gəlib. İyirmi doqquz oyunda tərəflər heç-heçə ilə kifayətlənib.
İyirmi dəfə İngiltərə Premyer Liqasının qalibi olan “Mançester Yunayted” bu göstərici ilə birincidir. Klubun “Lester Siti”nın üzərində ən böyük hesablı qələbəsi 1980-ci ilə təsadüf edir. Həmin görüşdə Mançester təmsilçisi 5:0 hesabı ilə qələbə qazanıb.
1884-ci ildə yaranan “Lester Siti” klubunun ən yaxşı nailiyyəti 2015/2016-ci il mövsümündə Premyer Liqanın qalibi olması olub. Klubun ən çox qol vuran oyunçusu hazırda komandanın heyətində çıxış edən Ceyms Vardidi (24 qol).
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 1-ci turuna avqustun 11-də və 12-də “Nyukasl”-“Tottenxem”, “Bormunt”-“Kardiff”, “Fulxem”-“Kristal Palas”,
“Haddesfild”-“Çelsi”, “Votford”-“Brayton”, “Vulverxempton”-“Everton”, “Liverpul”-“Vest-Xem”,
“Samupqenton”-“Börnli” və "Mançester Siti"-"Arsenal" oyunları ilə yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info