Çox yemək və arıqlamaq: alimlər inqilabi üsul hazırlayıb
Tarix: 12.08.2018 | Saat: 03:48:00 | E-mail | Çapa göndər



Günümüzdə bir sıra ölkələrdə piylənmə probleminin təhlükəli miqyas aldığını görən alimlər bu sindromun qarşısının alınması istiqamətində tədqiqatlar aparırlar. ABŞ-ın Yel Universitetinin əməkdaşları bu yaxınlarda yeni üsul kəşf ediblər.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, qlaukoma xəstəliyinin müalicəsində istifadə olunan dərmanların tərkibindəki xüsusi maddəni qəbul etməklə piylənmənin qarşısını almaq mümkündür. Əzələlərdə aparılan eksperiment göstərib ki, bu maddə piylərin qana sorulmasına imkan vermir və onların orqanizmdən xaric olmasına kömək edir. Gələcəkdə tədqiqat müəllifləri insanlara kökəlmədən qidalanma yollarını öyrədəcəklər. Bu məqsədlə, ilk olaraq, çox yemək və kökəlməməyi təmin etmək üçün həmin möcüzəvi maddənin əsasında xüsusi qida əlavələrinin hazırlanması nəzərdə tutulur. Məlum olduğu kimi, piylənmə orqanizm üçün bir sıra fəsadlar yaradır. Belə ki, bu bəlaya düçar olanlar ürək-damar və həzm sistemləri xəstəliklərinə daha çox tutulurlar. Son tədqiqatlar göstərir ki, piy onkoloji şişlərin yaranması və inkişafı üçün əlverişli mühitdir.
Lakin ekspertlər bu cür kəşflərə əvvəlki kimi, şübhə ilə yanaşırlar. Həkimlərin bir çoxu xatırladır ki, piylər sağlam orqanizmin inkişafına kömək edən zəruri komponentdir. Bu cür maddələrdən çox istifadə edilməsi orqanizmdə deqradasiyaya səbəb ola bilər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?
24.09.2018
Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info