“Çelsi” klubu Premyer Liqaya qələbə ilə başlayıb
Tarix: 12.08.2018 | Saat: 03:51:00 | E-mail | Çapa göndər



Avqustun 11-də İngiltərə Premyer Liqasının 2018-2019-cu il mövsümünün birinci turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən oyunlardan biri “Con Smit Arena”da keçirilib. “Haddersfild” klubu doğma meydanda “Çelsi”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçirilən matçda hesab 34-cü dəqiqədə açılıb. Nqolo Kante fərqlənib - 0:1. Hücumlarını davam etdirən London təmsilçiləri fasiləyə kimi yenidən fərqlənib. İlk hissənin sonuncu dəqiqəsində klubun yeni transferi Jorjinio 11 metrlik cərimə zərbəsini dəqiq tamamlayıb - 0:2. Komandalar fasiləyə bu hesabla yollanıblar.
Fasilədən sonra hücumlarını davam etdirən Maurisio Sarinin yetirmələri 80-ci dəqiqədə üçüncü topu ev sahiblərinin qapısından keçiriblər. Eden Hazardın künc zərbəsindən ötürməsini Pedro qolla tamamlayıb - 0:3.
Turun digər oyunlarında “Burnemut” klubu “Kardiff” komandasını 2:0 hesabı ilə məğlub edib. “Nyukasl” komandası doğma meydanda “Tottenhem”ə məğlub olub - 1:2. “Kristal Palas” səfərdə “Fulham”a (2:0), “Vatford” doğma divarlar arasında “Brayton end Hove Albion” klubuna (2:0) qalib gəlib.
Tura avqustun 12-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info