Keçmiş komediya aktyoru Sloveniyada baş nazir postunu tuta bilər
Tarix: 12.08.2018 | Saat: 13:35:00 | E-mail | Çapa göndər



İyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərindən sonra hökumətin hansı siyasi qüvvə tərəfindən təşkil olunacağı müəyyənləşmək üzrədir.

AZƏRTAC Sloveniya mətbuatına istinadla xəbər verir ki, keçmiş komediya aktyoru 40 yaşlı Maryan Şaretsin rəhbərlik etdiyi və beş partiyadan ibarət koalisiya minoritar hökumət quracağını bildirib. Parlamentdəki 90 mandatdan 43-nə sahib olan koalisiyanın rəhbəri M.Şarets digər siyasi düşərgələrdən olan solçularla anlaşma əldə edə bilib. Mətbuata verdiyi açıqlamada “Bizim parlamentdə 52 səsimiz var” deyən M. Şarets doqquz mandata sahib solçu partiya ilə razılaşma əldə etdiyinə eyham vurub. Solçular isə onların tələblərinin həyata keçiriləcəyi təqdirdə beş partiyadan ibarət hökumətə loyal münasibət göstərəcəklərini bildiriblər. Bu məqsədlə solçular mərkəz-solçu koalisiya ilə əməkdaşlığa dair xüsusi razılaşma imzalayıblar.
Qeyd edək ki, iyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərində sabiq Baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyası (SDS) qələbə qazanaraq 25 mandat əldə etməsinə baxmayaraq, partiya hökumət qurmaq üçün özünə müttəfiqlər tapa bilməyib. Korrupsiya hallarında ittiham olunan Y. Yanşa parlamentin böyük əksəriyyəti tərəfindən boykot edildiyinə görə, digər siyasi qüvvələr koalisiya danışıqları üçün hərəkətə keçiblər. Hazırda parlament seçkilərində 13 mandat əldə edən M.Şaretsin yaratdığı koalisiya solçuların dəstəyi ilə hakimiyyətə gəlməyə ən real namizəddir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info