Masallıda beynəlxalq forum
Tarix: 21.06.2013 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Masallı Rayon Gənclər Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi yeni layihə olan “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” - Regional Platforma Modeli adlanan beynəlxalq forumun açılışı olub.
Tədbirdə Ali Şərq tərəfdaşlığı Platformasına daxil olan Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və təşəbbüsə dəstək verən Polşa, İsveç, Almaniya, Çexiya və Ruminiya ölkələrindən 22 gəncin və Masallı gənclərinin iştrak etdiyi beynəlxalq forumu giriş sözü ilə açan ADTGT-nin sədri Asif Əsgərli bildirib ki, layihənin ölkə gənclərinin beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq əlaqələri, ŞT Platforması çərçivəsində gənclərin əməkdaşlığı təşəbbüsünün, Azərbaycanın, onun gənclər siyasətinin təbliğ olunması, imicinin yüksəlməsi sahəsində rolu yüksəkdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sonra Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında nəzərdə tutulan bəndlərin həyata keçirilməsinin Azərbaycan gənclərinin həyatında müsbət dəyişikliklər olduğunu nəzərə çatdırıb.
Daha sonra Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, son illər Azərbaycanda gedən hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin müstəsna rolu danılmazdır. Azərbaycan gəncliyi bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir və öz sözünü deyir.
Günün sonunda tədbirin Masallı Bəyannaməsi qəbul edilib. Forumun iyun ayının 24-ə qədər davam etməsi nəzərdə tutulur.

İlkin







 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info