İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib
Tarix: 13.08.2018 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən VII beynəlxalq Altay topluluqları konfransında təmsil olunub.
AMEA-dan bildiriblər ki, Türkiyə Altay Topluluqları Qurumunun Monqolustan Elmlər Akademiyası və Monqolustan Texnologiya İnstitutu ilə birgə təşkil etdiyi konfransda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Vyetnam və Qırğızıstanın görkəmli alimləri elmi məruzələrlə çıxış ediblər.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindən Orxon yazılarınadək” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindəki piktoqraflar və damğaların ümumtürk yazı mədəniyyətinin formalaşmasındakı rolundan, Orxon abidələrində Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə səsləşən motivlərdən bəhs olunub.
Monqolustan Elmlər Akademiyasında keçirilən görüşdə AMEA ilə əlaqələrə dair məsələlər müzakirə edilib. Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdelin iştirakı ilə aparılan müzakirələrdə qarşılıqlı elmi əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Qarşıdakı dövrdə Azərbaycan və Monqolustan alimlərinin iştirakı ilə Bakıda və Ulan-Batorda Orxon yazılı abidələrinə və ortaq tarixi problemlərə həsr olunmuş birgə elmi tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub.
Akademik İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib. Monqolustanda keçirilən tədbirlər çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Monqolustan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə dair müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Monqolustan tərəfdən isə Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Gaaadamba Bilquudei imzalayıblar.
Professor Gaaadamba Bilquudei Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi tədbirlərinə dəvət olunub.
İsa Həbibbəyli tanınmış monqol şairi və ədəbiyyatşünası, professor Dojooqiyn Sedevlə görüşüb. Monqolustan Yazıçılar İttifaqının sədri kimi 1973-cü ildə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 500 illik yubileyi tədbirlərində iştirak və çıxış etmiş Dojooqiyn Sedev ölkəmiz haqqında, “Neft Daşları”na və Qobustana səfərləri, Xalq Şairi Səməd Vurğunun ev-muzeyində olması, Xalq Yazıçısı Mirzə İbrahimovla görüşləri barədə xoş təəssüratlarını bölüşüb. Bildirilib ki, görkəmli monqol şairinin xatirələrinin Azərbaycan mətbuatında çap olunması təmin ediləcək.
AMEA-nın vitse-prezidenti VII beynəlxalq Altay topluluqları konfransına qatılan Türkiyənin İstanbul Maltəpə Universitetinin dekanı, professor Ramazan Qorxmaz və Monqolustan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Çulanla birlikdə bu ölkədəki məşhur Bilgə Kağan, Gültegin və Tonyukuq məzarüstü Orxon yazılı abidələrini ziyarət ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info