Qeyri-neft sektorunda istehsal 11 faizədək artıb
Tarix: 13.08.2018 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Yanvar-iyul aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, hesabat dövründə sənaye məhsulunun 22,1 faizi emal sektorunda istehsal edilib. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 3 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 64,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,4 faiz, tikinti materiallarının istehsalı 31,7 faiz, hazır metal məmulatlarının istehsalı 28,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,3 faiz, içkilərin istehsalı 9 faiz, əczaçılıq məhsullarının istehsalı 1,2 faiz, geyim istehsalı 0,7 faiz artıb.
Kimya sənayesi məhsullarının istehsalı 1,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 2 faiz, qida məhsullarının istehsalı 2,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12 faiz, maşın və avadanlıqların istehsalı 15,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalıb.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info