Ömrünə bir neçə ay qalmış 289 milyon təzminatı uddu
Tarix: 14.08.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


ABŞ-ın San-Fransisko şəhərinin andlılar məhkəməsi bağban Dueyn Consonun “Monsanto” şirkətinə qarşı iddiası üzrə qərar qəbul edib. Qərara əsasən, iddiaçıya dəyən ziyana görə şirkət ona 289 milyon dollar məbləğində təzminat ödəməlidir. Artıq dörd ildir qeyri-Hoçkin limfomasından əziyyət çəkən D.Conson “Monsanto” şirkətini alaq otlarının məhvi üçün nəzərdə tutulan “Roundup” vasitəsindən istifadənin təhlükəli olması barədə informasiyanı gizlətməkdə ittiham edir.
Məktəbdə bağban işləyən 46 yaşlı D.Conson təhsil ocağının ərazisini alaq otlarından təmizləmək üçün uzun müddət həmin kimyəvi preparatdan istifadə edib. Bağbanın vəkilləri bildiriblər ki, kimyəvi vasitənin tərkibində qlifosat herbisidləri var. D.Consona qeyri-Hoçkin limfoması diaqnozu 2014-cü ildə qoyulub.
Xərçəngin bu növünə tutulmuş yüzlərlə digər xəstə də “Monsanto” şirkətinə qarşı iddia qaldırıb. D.Consonun ömrünə bir neçə ay qaldığı üçün onun şikayətinə hamıdan əvvəl baxılıb.
“Monsanto” şirkətinin nümayəndələri bu ittihamları rədd edərək bildiriblər ki, “Roundup” herbisidi insan sağlamlığı üçün tamamilə təhlükəsizdir. Onun tətbiqinin 40 illik tarixi də bunu sübut edir.
BMT-nin müvafiq qurumunun 2015-ci ildə kimyəvi preparatların təhlükəli olması barədə dərc etdiyi hesabatda deyilir ki, “qlifosat, ehtimal ki, kanserogendir”. Kimyəvi maddəni Avropa İttifaqı üçün yoxlayan Qida Təhlükəsizliyi Agentliyi isə maddəni təhlükəsiz sayıb.
Andlılar məhkəməsində müzakirələr üç gün davam edib. Nəticədə D.Consona zərərin ödənilməsi üzrə istehsalçının cəzalandırılması üçün 250 milyon və zərərin kompensasiya edilməsi məqsədilə 39 milyon dollar məbləğində təzminat verilməsi barədə hökm çıxarılıb.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Birləşmiş Ərəb Əmirliyində qadından qəribə boşanma ərizəsi
24.08.2019
Rusiyada ən populyar peşələr hansılardır?
24.08.2019
ABŞ alimləri kərə yağının analoqunu hazırlayıblar
24.08.2019
Tokioda Yaponiyanın ən hündür göydələni inşa olunacaq
24.08.2019
Tokioda Yaponiyanın ən hündür göydələni inşa olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info